Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Gənc pianoçular Lipetskdə ləngidilər


Səs: Real audio
Potensial zorakılıq olan aksiyalarda belə... - Mən Bax, Şopen, Çaykovski və Motsartın əsərlərini ifa etdim. Orada çoxlu güclü uşaqlar var idi. Mən çox şadam ki, qalib gəlmişəm.



Bu, gənc pianoçuların Konstantin İqumnov adına VI Beynəlxalq müsabiqəsinin qalibi – 14 yaşlı Fəridə Rzayevadır.



Noyabrın 14-dən 21-dək Rusiyanın Lipetsk şəhərində keçirilən müsabiqədə Azərbaycandan 35 nömrəli Musiqi Məktəbinin 2 şagirdi – Fəridə Rzayeva və Nigar Babayeva iştirak edib. Onların hər ikisi 200-dən çox gənc pianoçunun qatıldığı müsabiqənin laureatı adına layiq görülüb.



Məktəbin direktoru Yusif Vəliyevin sözlərinə görə, qalibləri 13 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib:



- Gənc pianoçuların VI Beynəlxalq müsabiqəsi böyük bir münsiflər heyəti tərəfindən idarə olunurdu. Münsiflər heyətinin tərkibində Rusiyadan, İsraildən, Türkiyədən, Yaponiyadan da nümayəndələr var idi. İştirakçılar arasında isə bütövlükdə Qafqazdan cəmi 2 nəfər – bizim uşaqlar iştirak edirdi.



Yusif Vəliyev deyir ki, gənc pianoçuların Konstantin İqumnov adına müsabiqəsində azərbaycanlı gənclər ilk dəfədir iştirak edirlər. Müsabiqəyə noyabrın 21-də yekun vurulsa da, azərbaycanlı qaliblər ölkəyə yeni qayıdıblar. Müsabiqədən sonra iştirakçılar Lipetsk şəhərində konsert veriblər.
XS
SM
MD
LG