Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:47

Əli İnsanov haqqında məlumat yayılmamasını tələb edir


Səs: Real audio
Keçmiş Səhiyyə nazirinin iddiasına dekabrın 20-də baxılacaq Keçmiş Səhiyyə naziri Əli İnsanovun şəfər və ləyaqətin müdafiəsi ilə bağlı AzTV və Lider TV-yə qarşı qaldırdığı məhkəmə iddiasına dekabrın 20-də baxılacaq. Dekabrın 5-də Səbayel Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Yusif Kərimov bildirdi ki, sabiq nazir məhkəmədən haqqında məlumat yayılmaması ilə bağlı qərardad çıxarılmasını da tələb edir: «İddiada vurulmuş zərərin hansı məbləğlə ödənilməsi tələbi göstərilmir. Təkzib verilməsi isə birmənalı şəkildə tələb olunur. Bundan başqa, iddiaçı həmçinin cinayət işinin istintaqı başa çatana qədər mətbuatda istintaqın gedişi ilə bağlı məlumatların yayılmasının qadağan edilməsi haqqında qərardad çıxarılmasını da tələb edir».



AzTV və Lider TV-nin nümayəndələri isə iddianı qəbul etmədiklərini bildirdilər. Lider TV-nin hüquqşünası İlqar Əliyev: «İddiaya görə, məhkəmənin hökmü olmadan Əli İnsanovu cinayətkar və rüşvətxor adlandırmışıq. Ancaq biz bunu qəbul etmirik. Çünki efirə belə bir material verməmişik. Biz ancaq Milli Təhlükəsizlik və Baş Prokurorluğun məlumatını yayımlamışıq».



Sabiq Səhiyyə naziri Əli İnsanov oktyabrın 21-də həbs edilib. O, dövlət çevrilişinə cəhddə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Eyni ittihamla həbs olunan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və Prezidentin İşlər müdiri Akif Muradverdiyevin müdafiəçiləri isə istintaqın gedişində hər hansı yenilik olmadığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG