Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:09

İlham Əliyev Səudiyyə Ərəbistanına gedir


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 6-da İslam Konfransı Təşkilatının (İKT) növbədənkənar zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.



Dekabrın 7-i və 8-də Məkkə şəhərində keçiriləcək toplantıda 57 ölkənin rəsmi şəxslərinin iştirak edəcəyi gözlənilir. Toplantıda islam dünyasındakı siyasi, iqtisadi, mədəni və dini problemlər müzakirə ediləcək, təşkilatın gələcək fəaliyyət konsepsiyası müəyyən olunacaq.



Növbədənkənar toplantıya Səudiyyə Ərəbistanının kralı Abdulla İbn Əbdüləziz sədrlik edəcək.



Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.
XS
SM
MD
LG