Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Azərbaycanlılar Amerika cəmiyyətinə necə uyğunlaşırlar?


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Bugünkü "Qlobus"da:



- Azərbaycanlılar Amerika cəmiyyətinə necə uyğunlaşırlar?



- İtaliyada oxuyan azərbaycanlılar ən çox hansı ixtisaslar üzrə təhsil alırlar?



- Azərbaycanın gələn il Beynəlxalq AIESEC gənclər təşkilatına üzv olacağı gözlənilir.



- Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet respublikalarının vətəndaşları üçün Rusiya vətəndaşlığının alınmasını asanlaşdıran qanun layihəsini parlamentə təqdim edib.



- "Qlobus"un birinci qonağı Birləşmiş Ştatlardan Sevinc Smitdir. Sevinc xanım üç il əvvəl Amerika vətəndaşı ilə nigah quraraq Birləşmiş Ştatlara köçüb. Hazırda ailəsi ilə Kaliforniya ştatının San-Fransisko şəhərinin yaxınlığında yaşayır. Sevinc xanım deyir ki, indiki şəraitindən razı olsa da, onun yeni cəmiyyətə uyğunlaşması çətin keçib.



- İkinci qonağımız İtaliyada təhsil alan Zaur Cəlilovdur. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda isə Romada Ali Hərbi Tədris Mərkəzində magistraturada oxuyur.



- 2006-cı ildə Azərbaycanın AIESEC – İqtisadiyyat və İdarəetmə Fakültələrinin Tələbələrinin Beynəlxalq Assosiasiyasına üzv olacağı gözlənilir. Məsələyə 2006-cı ilin fevralında qurumun Rotterdamda keçiriləcək iclasında baxılacaq. Bu barədə bizə AIESEC-in Azərbaycan üzrə nümayəndəsi Bəxtiyar Hacıyev danışdı.



- Ötən həftə Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet respublikalarının vətəndaşları üçün Rusiya vətəndaşlığının alınmasını asanlaşdıracaq qanun layihəsini parlamentin aşağı palatasına təqdim edib. Bu qanuna əsasən, Rusiyada qanuni şəkildə qeydiyyatdan keçən keçmiş Sovet respublikalarından olan vətəndaşların bəzi kateqoriyaları asanlaşdırılmış prosedur əsasında Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.



Rusiya rəsmilərinə görə, hazırda ölkədə 7-14 milyon qeyri-leqal miqrant var. Onların əksəriyyəti keçmiş Sovet respublikalarındandır. Federal Miqrasiya Xidməti gələn il 1 milyon qeyri-leqal miqrantı leqallaşdırmağı planlaşdırır.



Moskvadakı Azərbaycan cəmiyyətinin sədri Oqtay Hüseynov deyir ki, bu qanun rəsmən Rusiyada yaşayan azərbaycanlıların sayını artıracaq. Bu da Rusiyada keçirilən seçkilərdə azərbaycanlıların daha fəal iştirakına gətirəcək.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG