Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:08
Rubrikalar

Cənubi Qafqazda iqtisadi artım

  • Andrey Babitski

Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Hər üç respublikada iqtisadi inkişaf göstəriciləri yüksəkdir. Birinci yerdə Azərbaycandır. Oktyabrda prezident İlham Əliyev son 8 ayda iqtisadiyyatın 20 faiz artdığını bəyan edib. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci il ərzində artım 10.1 faiz təşkil edib. Gürcüstanda isə bu göstərici 7-8 faizdir.



Göstəricilər niyə bu qədər yüksəkdir? Bu, reallığı əks etdirirmi?



Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Ağasi Yenokyan: "Ermənistanda artımın doğrudan da 10, yoxsa 5 faiz olduğunu demək çətindir. Amma məsələn, Yerevan daha işıqlı olub, daha çox yaxşı avtomobil, daha yaxşı evlər var. Amma burda bəzi nüanslar var. Məsələn, kəndlərdə bu pis əks olunur, qiymətlər qalxıb, inflyasiya artıb. Kasıb daha da kasıb olub".



"Turan" informasiya agentliyinin eksperti Samir İsmayılov: "Azərbaycanın iqtisadi inkişafında neftin rolu əlbəttə ki, çox böyükdür. Dünya bazarında neftin qiyməti 65-70 dollara çatmışdı. Amma bu əhaliyə təsir edirmi? Təsir edir, amma lazım olduğu qədər yox. Əslində, iqtisadi artım deyiləndən çoxdur. Məsələ burasındadır ki, bizdə gizli iqtisadiyyatın böyük payı var. Şəffaflıq olsa, iqtisadiyyatda monopoliyaya son qoyulsa, camaat iqtisadi inkişafı hiss edər. İqtisadiyyatın üzünü camaata çevirmək lazımdır".



"Sosial Təşəbbüslər Tərəfdaşlığı" qeyri-hökumət təşkilatının rəhbəri Devi Xeçinaşvili: "Model göstərir ki, 7 faizdən aşağı iqtisadi inkişaf göstəricisi yoxsulluğu azaltmır. Gürcüstanda yoxsulluq dəyişib, kəndə keçib. Prinsipcə, hər şey əvvəlki kimi qalır. Ona görə də demək olar ki, Gürcüstanda inkişaf lazımi qədər deyil".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG