Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Yeni parlament müstəqil olacaqmı?


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» «Panorama»nın bu dəfəki qonaqları Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev və Müsavat partiyası başqanının müavini Arif Hacılıdır.



Söhbətdə həmçinin «Gün səhər» qəzetindən Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetindən Nardar Bayramlı iştirak edir.



YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyir ki, parlament üzvlərinin 60 faizə yaxını yeni simalar olduğundan onun işini indidən təhlil etmək bir qədər çətindir. Ancaq onun sözlərinə görə, bu parlamentin özündən əvvəlki parlamentə nisbətən daha müstəqil olacağına inam böyükdür.



Müsavat başqanın müavini Arif Hacılı isə hesab edir ki, xalqın kimə səs verib-verməməsindən asılı olmayaraq bu dəfəki seçkilər tam idarə edilib. Hakimiyyətin iradəsi olmadan ora düşmək mümkün olmayıb. Arif Hacılıının sözlərinə görə, belə bir parlamentin hakimiyyətin müstəqil bir qolu kimi fəaliyyət göstərəcəyini düşünmək düzgün olmazdı.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG