Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır<p align=`left`><br><br>


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Mərkəzi Seçki Komissiyasının (MSK) müxalifətdən olan katibi Vidadi Mahmudlu 6 noyabr parlament seçkisinin yekun protokolunu imzalamasını düzgün addım sayır və təkrar olsa, yenə də bu cür hərəkət edəcəyini bildirir. O, dekabrın 3-də MSK-da keçirdiyi mətbuat konfransında son günlər müxalifət mətbuatında ünvanına səslənən ittihamlara cavab verdi: «Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım».



Cənab Mahmudlu təzyiq altında, yaxud rüşvət alaraq ptotokolu imzalaması barədə deyilənləri də təkzib edir. O, MSK-nın yekun qərarını qəbul etmədiyini, xüsusi rəyi olduğunu deyir, parlament seçkisində yekun protokolun qərarın dəyişməsinə təsir etmədiyini əsas gətirir. 2003-cü ildə prezident seçkisində yekun qərara təsiri olan protokolu imzalamadığını xatırladır.



MSK-nın Müsavat və Milli İstiqlal partiyalarından olan üzvləri Vidadi Mahmudlu və Arzuxan Əlizadənin protokolu imzalamasını müxalifət dairələri qınayıb.



AXCP sədri Əli Kərimli dekabrın 2-də keçirdiyi mətbuat konfransında Vidadi Mahmudlunun hərəkətindən təəssüfünü bildirib və əlavə edib ki, onun partiyasını MSK-da təmsil edən Mənsum Bayramlıya təzyiqlər və şirnikləndirici təkliflər olsa da, o, mövqeyini dəyişməyib. Cənab Kərimli deyib ki, 2003-cü ilin prezident seçkisində AXCP-nin MSK-dakı nümayəndəsinin eyni hərəkətini qınadığı kimi, V.Mahmudlunun davranışını da ittiham edir.



Son parlament seçkisilə bağlı MSK-nın yekun protokolunu qurumun Xalq Cəhbəsi və Vətəndaş Həmrəyliyi partiyalarından olan üzvləri Mənsum Bayramlı və Ənvər Əliyev imzalamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG