Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:03

<i>«Yeni Azərbaycan»</i>: «Mətbuat Şurası reket qəzetlərə qarşı yeni kampaniyaya başlayıb»


Səs: Real audio
Avropa Şurası Parlament Assambleyası [AŞPA] Monitorinq Komitəsinin həmməruzəçiləri Andreas Qross və Andres Herkel Azərbaycanda seçkidən sonrakı vəziyyətdən dərin təəssüf hissi keçirirlər «Yeni Azərbaycan» qəzetindəki «Mətbuat Şurası reket qəzetlərə qarşı yeni kampaniyaya başlayıb» sərlövhəli məqalədə Nardar Bayramlı yazır ki, bu məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Ədliyyə naziri Fikrət Məmmədova da müraciət edib. Müraciətdə mətbu orqanların çoxluğunun "reket jurnalistika" adlanan ictimai bəla doğurduğu vurğulanır. Ədliyyə Nazirliyi bu vəziyyətin aradan qaldırılmasına yardımçı olmaqla cəmiyyətin və peşəkar jurnalistikanın mənafelərinə cavab verən çox mühüm, əhəmiyyətli bir prosesin başlanğıcını qoya bilər.



Məqalədə bildirilir ki, bu problemi aradan qaldırmağın bir yolu da MŞ-yə müəyyən səlahiyyətlər verilməsindən keçir. Bu barədə cənab Amaşovun təkliflərinə yer ayıran müəllif yazır ki, qanunvericilikdə edilən düzəlişlərdən sonra MŞ-ya qəzetlərə qarşı cərimə tətbiq etmək və fəaliyyətini müəyyən müddətə dayandırmaq səlahiyyəti verilməlidir.



«Bakı-Xəbər» qəzetindəki «Murtuz Ələsgərova üç ağır zərbə vuruldu» sərlövhəli məqalədə Razi Tağı yazır ki, saxtakarlıqlar hesabına özünü mütləq qalib çıxarmış Yeni Azərbaycan Partiyası (YAP) Murtuz Ələsgərovun spiker olacağını bir ağızdan desə də, sədr Oqtay Əsədov oldu. Müşahidə və araşdırmalara görə, cənab Ələsgərova spiker postundan salınması ilə üç biabırçı zərbə vuruldu.



Birincisi, bütün seçki dairələrinə nəzarət imkanı olan YAP bir çox əsas namizədlərinin elə səsvermə prosesində alternativləri üzərində qələbəsini təmin etsə də, Murtuz Ələsgərovun biabırçı məğlubiyyətini ört-basdır etməyə maraq göstərmədi. İkincisi, səsvermədəki məğlubiyyəti komanda daxilində ona ciddi irad tutulmasına gətirib çıxarıb. Üçüncüsü isə, sözün əsl mənasında ağır psixoloji zərbə oldu. Artıq «vurulması»ndan məlumatlı olan eks-spikerə iclasın aparılması həvalə olundu və tribunada İlham Əliyevin onu tərifləməsindən sonra iki dəfə prezidentə əlini uzatsa da, bu şərəfə nail ola bilmədi.



«Ayna» qəzetindəki «Status-kvo spikeri» başlıqlı məqalədə Şahmar yazır ki, söhbət «Azərsu» Səhmdar Cəmiyyətinin prezidentinin spiker seçilməsindən gedir. Parlament rəhbərinin seçimi zamanı regional təmsilçiliklə bağlı ehtimalların təsdiqləndiyini söyləmək olar. Məqalədə bildirilir ki, yeni spiker əslən ermənistanlıdır və nüfuzlu nəslin nümayəndəsidir. Oqtay Əsədov həmişə Heydər Əliyev hakimiyyətinə sadiqliyi ilə seçilib.



Yazıda bildirilir ki, onun spiker seçilməsində bu amillər xüsusi rol oynayıb. Belə ki, əslən Ermənistandan olan məmurların «vurulması» fonunda sədr postuna seçim zamanı bu bölgədən olanların mövqeyi nəzərə alınmaya bilməzdi.
XS
SM
MD
LG