Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:13
Rubrikalar

Yeni baş məşqçi rəqib axtarır


Səs: Real audio
Ruşaniyyə Hüseynova: «Ancaq onu da bilirəm ki, indiki hakimiyyət dövründə bu cinayətin üstü açılmayacaq» - Yanvarın 27-də İsveçrədə keçiriləcək 2008-ci il Avropa çempionatının təsnifat mərhələsinin püşkatmasında Azərbaycan futbol yığmasının yeni baş məşqçisi Şahin Diniyev də iştirak edəcəck.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-nın vitse-prezidenti Fuad Əsədovun sözlərinə görə, yeni baş məşqçi İsveçrəyə həm də gələn il üç rəsmi yoldaşlıq görüşü üçün rəqib seçmək üçün gedir.



- Futbol üzrə 13-cü Azərbaycan çempionatının qalibi "Neft"çi ilə ölkə kubokunun sahibi – "Bakı" komandaları arasında Superkubok oyunu çempionatın qış fasiləsində keçirilə bilər.



AFFA-dan bildirirlər ki, yeganə problem yanvarda "Neft"çinin Moskvada "Birlik Kuboku" turnirində iştirakı ola bilər.



"Neftçi" və "Bakı" komandaları arasında Superkubok oyunu artıq iki dəfə təxirə salınıb.



Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının bu günlərdə yayımladığı 350 klubun sıralamasında "Neftçi" 194-cü, "Bakı" isə 273-cü sıraya yüksəlib. Siyahıya İtaliyanın “İnter” komandası başçılıq edir.



- Azərbaycanın 17 və 19 yaşlılardan ibarət futbol yığmalarının Avropa çempionatının təsnifat mərhələsindəki rəqibləri bəlli olub.



Kiprdə keçirilən püşkatma 19 yaşlı futbolçuları Ermənistan, Kipr və Macarıstana rəqib edib. 17 yaşlılar isə Danimarka, Latviya və İrlandiya ilə qarşılaşacaqlar.
XS
SM
MD
LG