Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Prezidentdən jurnalistin qətlinin açılması tələb edilir


Səs: Real audio
Ruşaniyyə Hüseynova: «Ancaq onu da bilirəm ki, indiki hakimiyyət dövründə bu cinayətin üstü açılmayacaq» Dekabrın 2-də «Elmar Hüseynov Fondu» və bir qrup jurnalist «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmasıyla bağlı prezident İlham Əliyevə müraciət etdi. Fondun təsisçiləri hesab edirlər ki, jurnalistin qətli ört-basdır edilib, ötən doqquz ay ərzində istintaq ancaq yeddi dəfə məlumat yaymaqla kifayətlənib.



«Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev: «Bu məsələnin müzakirəsi, verdiyi vədlərlə bağlı prezidentlə görüş tələb edirik».



Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova isə yaxın günlərdə onun müraciətinə cavab verilməsə, beynəlxalq təkilatalara üz tutacağını bildirdi: «Prezidentdən Elmar Hüseynovun qətlinin açılmasını tələb etmək lazımdır. Çünki o, qətlin 40-cı günündə də, seçkidən əvvəl də əhalini sakitləşdirmək üçün cinayətin üstünün açılacağını vəd etmişdi. Ancaq onu da bilirəm ki, indiki hakimiyyət dövründə bu cinayətin üstü açılmayacaq».



Fondun təsisçiləri və bir qrup redaktor Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və Baş prokuror Zakir Qaralova da müraciət edib, istintaqın gedişi ilə bağlı məlumat verilməməsindən narahat olduqlarını da bildirdilər.



Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqlər Şöbəsinin rəhbəri Arif Babayev: «Milli Təhlükəsizlik Nazirliyi qətlin tezliklə açılmasında maraqlıdır. Bu, adi cinayət hadisəsi deyil. Qətlin açılması üçün bütün zəruri tədbirlər görülür».



Müstəqil hüquqşünas Müzəffər Baxışov da deyir ki, Elmar Hüseynovun qətli terror aktı olduğundan hakimiyyət bu cinayətin daha tez açılmasında maraqlı olmalıdır: «Qanunvericiliyə görə, bu tip cinayətlərin istintaqı üçün ilkin dörd aylıq ümumi müddət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları bu müddətdə həmin cinayəti törətmiş şəxsi aşkar etməliydi».



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı mənzilin girişində qətlə yetirilib. Cinayət işinin istintaqını Milli Təhlukəsizlik Nazirliyi aparır. Nazirlik cinayətdə şübhəli bilinən üç nəfərin axtıraşını «İeterpol» xəttilə həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG