Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

ABŞ Konstitusiya Məhkəməsinin qərarını salamlayır


Səs: Real audio
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi hökumətlə işləməyi səbirsizliklə gözləyir «Amerika Birləşmiş Ştatları Azərbaycan Konstitusiya Məhkəməsinin 6 noyabr parlament seçkisində seçki saxtakarlığının təsirləndirdiyi daha artıq dairədə nəticələri ləğv etmək qərarını salamlayır». Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin dekabrın 2-də yaydığı açıqlamada belə deyilir: «Seçkidən keçən müddət ərzində Azərbaycan hökuməti saxtakarlığa dair məlumatları araşdırmış, bir dairədə nəticəni dəyişmiş, on dairə və yüzlərlə məntəqədə nəticələri ləğv etmişdir». Səfirlik hesab edir ki, bu cür addımlar seçki prosesinə inamı təmin etməyin vacib hissəsidir.



Səfirlik daha sonra hökuməti seçki saxtakarlığında iştirak edən adamları mühakimə etmək işində fəallıq göstərməyə çağırır. «Biz eləcə də Daxili İşlər Nazirliyini adamların dinc toplaşmaq hüququna hörmət etməyə çağırırıq. Nəhayət, biz hökuməti ləğv olunmuş on dairədə operativ surətdə və beyənəlxalq standartlara cavab verən təkrar seçki keçirməyə çağırırıq» - deyə, açıqlamada vurğulanır.



Səfirlik bəyan edir ki, Birləşmiş Şatatlar bütün şəxslərin- müstəqil, müxalifət və hakim partiyanın səsinin eşidildiyi parlament də daxil olmaqla, bütün demokratik institutları gücləndirmək işində hökumətlə işləməyi səbirsizliklə gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG