Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:25

Daşkəsəndə meşə yanıb


Rayon mərkəzindən 20 kilometr aralıda, Zəylik yolunda yerləşən 4 hektar ərazini əhatə edən meşədə yanğının baş verməsinə ehtiyatsız ocaq qalanmasının səbəb olduğu bildirilir.

Məlumatı «Azadlıq» radiosuna Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Əlehsan Həsənli verib.

Onun sözlərinə görə, yanğın hadisəsi martın 26-da, saat 14 radələrində baş verib. Təxminən bir saat davam edən yanğın nəticəsində alov 4 hektarlıq meşənin 1 hektar sahəsini bürüyüb. Alovu tam söndürməyə nail olan rayon Yanğından Mühafizə Şöbəsi hazırda yanğının meşəyə vurduğu ziyanı müəyyənləşdirir.
XS
SM
MD
LG