Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

Qəzetlər borc içində üzür


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Ümid yenə prezidentədir



Mətbuat Şurası bəzi qəzetlərin qanunsuz pul toplamasıyla bağlı məsələ qaldırıb. Qaldırılan başqa bir məsələ isə qəzetlərə qarşı cərimələrin azaldılmasıdır.



"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov Mətbuat Şurasının Ədliyyə Nazirliyinə müraciətini müsbət qarşılayır. Amma hesab edir ki, bu gün Azərbaycan mətbuatının üzləşdiyi daha ciddi problemlər var. Yaxşı olardı ki, Mətbuat Şurası məsələn, informasiyanın əldə olunmasında mətbuatın üzləşdiyi maneələrin aradan qaldırılması kimi məsələlərlə bağlı müraciət etsin.



"Gün səhər" qəzetinin baş redaktoru Arif Əliyev də Azərbaycan mətbuatının daha ciddi problemləri olduğu fikrindədir. O deyir ki, mətbuatın inkişafında mühüm rol oynayan reklam tam siyasi təzyiq altındadır. Redaktoru olduğu qəzetə əvvəllər reklamlar verilsə də, seçkiyə bir az qalmış sifarişçilər artıq buna imkan verilmədiyini bildiriblər.



Bir neçə il bundan qabaq qəzetlərin nəşriyyata borcları keçmiş prezident Heydər Əliyevin tapşırığı ilə dondurulmuşdu. İndi həmin müddət başa çatıb. "Azərbaycan" nəşriyyatı 168 qəzetə borclarının ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərib.



"Azadlıq" qəzetinin direktoru Azər Əhmədov deyir ki, xəbərdarlıqda borcun 10 gün müddətinə ödənilməsi tələb olunur.



Amma "Azərbaycan" nəşriyyatının direktor müavini Bəsti İsmayılova borcun ödənilməsi ilə bağlı hər-hansı müddət qoyulmadığını deyir. Həm də, onun sözlərinə görə, borclu olanların əksəriyyəti bu gün çıxmayan qəzetlərdir. Bütün qəzetlərin nəşriyyata olan borcu isə 2 milyar manata yaxındır.



Nəşriyyata 70 milyon manatdan artıq borclu olduqlarını deyən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, bu gün onlar bu məbləği qaytarmaq iqtidarında deyillər.



Arif Əliyev də hesab edir ki, nə iqtidar, nə müstəqil, nə də müxalifyönlü qəzetlər borcları ödəmək gücündədir. Borc probleminin mətbuata qarşı siyası təzyiq vasitəsinə çevrildiyini deyən baş redaktora görə, bu hansısa yolla bir dəfəlik həll olunmalıdır.



Borclarının ödənilmə vaxtının yenidən uzadılmasına gəlincə, qəzet redaktorları hesab edirlər ki, bu onlardan daha çox nəşriyyatdan asılıdır.



"Azərbaycan" nəşriyyatının direktor müavini Bəsti İsmayılova isə deyir ki, hər şey yenə də prezidentin atacağı addımdan asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG