Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:18

Üçüncü mobil operator gəlir


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Bununla danışıq qiymətlərinin ucuzlaşacağı bildirilir



Nəhayət, mobil telefon istehlakçılarının çoxdankı arzusu çin olur. "Azercell" və "Bakcell"in sırasına üçüncü operator da qoşulur. Bu «Azərfond» Birgə Müəssisəsidir.



Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə deyir. O, bu qurum haqda ətraflı məlumat verməsə də, bildirib ki, üçüncü operatorun gəlişi qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Amma nazir qiymətin neçə dəfə ucuzlaşacağı haqda heç nə deməyib. Onun sözlərinə görə, bunu bazar özü tənzimləyəcək.



Mobil telefon istifadəçiləri isə güman edirlər ki, üçüncü operatorun bazara girməsi nəhayət, "od tutub yanan" qiymətlərin ucuzlaşmasına səbəb olacaq və bundan sonra onlar hər konturun üstündə əsməyəcəklər. Ürəkləri istəyən qədər danışa biləcəklər. Məsələn, Məhbubə Qaraşova deyir ki, işi ilə bağlı tez-tez telefonla danışmalıdır. Amma qiymətlərin baha olması onu qənaət haqda düşünməyə vadar edir. Amma qyimət ucuzlaşsa, onun kimlərəsə cavabsız zəng atmaqdan canı qurtarar.



Zeynalabdin Kərimli isə yeni nəsil texnologiyalarının Azərbaycana gətiriləcəyinə də ümid edir.



Bəs ekspert bu ümidləri bölüşürmü? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, mobil rabitə bazarına üçüncü operatorun gəlməsini yüksək qiymətləndirir. O da güman edir ki, bu, qiymətlərin ucuzlaşmasına və xidmət keyfiyyətinin artmasına təsir göstərəcək. Amma ekspertin qənaətincə, bu da azdır, bazara dördüncü və beşinci operator da gəlməlidir.



Daha bir xəbər. Növbəti ildən beynəlxalq telefon danışıqları üç dəfə ucuzlaşacaq. Nazir Əli Abbasovun sözlərinə görə, artıq bu yöndə tədbirlər planı hazırlanmaqdadır. Amma cənab Abbasov deyir ki, beynəlxalq danışıqlardan istifadəyə görə abunə haqqı artırılacaq.



Nazir bildirib ki, şəhərlərarası və beynəlxalq danışıqlardan istifadə etməyən abonentlərin abunə haqqı dəyişməyəcək.
XS
SM
MD
LG