Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:51

Azərbaycanda QİÇS-ə yoluxan xəstələrin sayı ildən-ilə artır


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Dekabrın 1-i ümumdünya QİÇS-lə (SPİD) mübarizə günüdür. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Qalib Əliyevin sözlərinə görə, Azərbaycanda SPİD-ə yoluxan xəstələrin sayı ildən-ilə artır. 1987-96-cı illər ərzində müayinədən keçmiş 3 milyon insandan cəmi 7 nəfərdə bu xəstəlik aşkarlandığı halda, 1997-2005-ci illər ərzində 1 milyon 451 min nəfərin 839-da SPİD aşkarlanıb.



Cənab Əliyev bildirir ki, 2006-cı ildə QİÇS-ə yoluxan və xəstəliyin ikinci mərhələsini keçirən 80 nəfəri xüsusi dərmanlarla müalicə etmək mümkün olacaq.



Qalib Əliyev QİÇS-ə yoluxmanın qarşısını almaq məqsədilə xüsusi elektron səhifə hazırlandığını da bildirir. www.aids.az saytında yerləşdirilən testlər vasitəsilə insanlar bu xəstəliyin risk qrupuna aid olub-olmadıqlarını müəyyənləşdirə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG