Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

DİN və MŞ birgə təhqiqat qrupu yaradacaq


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Daxili İşlər Nazirliyi (DİN) və Mətbuat Şurası (MŞ) birgə təhqiqat qrupu yaratmaq qərarına gəlib. Məqsəd müxalifətin noyabrın 26-da keçirdiyi aksiya zamanı hüquqları pozulmuş jurnalistlərin şikayətini birgə araşdırmaqdır. Bu haqda qərar dekabrın 1-də Mətbuat Şurasının üzvləri ilə Daxili İşlər naziri Ramil Usubovun görüşündə əldə olunub. MŞ-nın sədri Əflatun Amaşovun sözlərinə görə, birgə araşdırma apramaqla yanaşı, maarifləndirmə məqsədilə jurnalistlər üçün dəyirmi masa da keçiriləcək.



Daxili İşlər naziri Ramil Usubov isə faktların araşdırılacağına söz verib. Bildirib ki, günahkarlar aşkarlanrasa, onlar cəzalandırılacaq.
XS
SM
MD
LG