Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45
Rubrikalar

Azərbaycan boksçuları Amerikadadır


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub - Dekabrın 2-də ABŞ-ın Çikaqo şəhərində Azərbaycan boksçuları ilə Amerika boksçuları arasında yoxlama oyunu keçiriləcək. Ceyhun Əbiyev, Şahin İmranov, Ramal Amanov da daxil olmaqla Azərbaycan yığma komandasının tərkibinə 11 boksçu daxildir.



- Noyabrın 30-da İspaniyanın «Tenerife» komandasını 3:1 hesabı ilə məğlub edən «Azərreyl» növbəti oyunun hazırlıqlarına başlayıb. Faiq Qarayevin yetirmələri Avropa Çempionlar Liqasında 5-ci turun oyununu dekabrın 8-də Polşada, yerli «Kalisiya Vinyari» komandasına qarşı keçirəcək. «Azərreyl» keçirdiyi 4 oyundan üçündə qələbə qazanıb, birində isə məğlub olub.



- Azərbaycan güləşçiləri isə Moskvada keçiriləcək güləş festivalına hazırlaşırlar. Festival dekabrın 8-də başlayacaq, üç gün davam edəcək. Azərbaycanı yarışlarda 8 güləşçi təmsil edəcək.



- Yanvarın 12-22-də Moskvada keçiriləcək futbol üzrə «Birlik Kuboku» turnirinin püşkü atılıb. Püşkə görə, Azərbaycanı təmsil edəcək «Neftçi» komandası «B» qrupunda mübarizə aparacaq. «Neftçi»nin rəqibləri Qazaxıstanın «Aktobe», Tacikistanın «Vəxş» və Latviyanın «Metallurq» komandaları olacaq. Ümumilikdə 16 komanda 4 qrurda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Yarımfinal qarşılaşmaları yanvarın 20-də, final oyunu isə yanvarın 22-də keçiriləcək.
XS
SM
MD
LG