Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Yeni parlamentin ilk iclası dekabrın 2-də keçiriləcək


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub Yeni seçilmiş parlamentin ilk iclası dekabrın 2-də keçiriləcək. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 1-də jurnalistlərə bildirib.



Azərbaycan Respublikası Konstitusiyasının 87-ci maddəsinin birinci bəndinə görə, köhnə Milli Məclis deputatlarının səlahiyyətləri parlamentin yeni çağırışının ilk iclas günü bitir.



Beləliklə, Konstitusiya Məhkəməsinin nəticəsini tanıdığı 115 (Milli Məclisin tam heyəti 125 millət vəkilindən ibarətdir) deputatın siyasi tərkibi belədir:



YAP - 57 nəfər

Bitərəflər - 40 nəfər

Müsavat Partiyası - 4 nəfər

AXCP – 1 nəfər

Milli Birlik Hərəkatı - 1 nəfər

«YeS» bloku - 2 nəfər

Böyük Quruluş Partiyası - 1 nəfər

Ümid Partiyası - 1 nəfər

Vətəndaş Həmrəyliyi Partiyası - 2 nəfər

Vətəndaş Birliyi Partiyası - 1 nəfər

Sosial Rifah Partiyası - 1 nəfər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 nəfər

Ana Vətən Partiyası - 2 nəfər

Demokratik İslahatlar Partiyası - 1 nəfər



Yeni parlamentdə ötən dəfəkinə nisbətən daha çox qadın deputat var- 15 nəfər.

Günün bütün mövzuları

XS
SM
MD
LG