Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

Meriya müxalifətə «Motodrom»u göstərdi<p align=`left`><br><br>


Səs: Real audio
26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub «26 noyabr 2005-ci il tarixdə keçirilmiş yürüş-mitinqdə baş verən ciddi qanun pozuntularını nəzərə alaraq, planlaşdırdığınız aksiyanın 3 dekabr 2005-ci il tarixdə saat 15:00-dan 17:00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda («Motodrom») mitinq formasında keçirilməsini məqsədəuyğun hesab edirik».



Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 1-də «Azadlıq» seçki blokunun dekabrın 3-də yürüş-mitinq keçirməklə bağlı etdiyi müraciətinə göndərdiyi cavab məktubunda belə deyilir.



Məktubda həmçinin bildirilir ki, aksiyada dövlətin müstəqilliyi, dövlətçilik, dövlət atributlarının əleyhinə və hakimiyyətin həyata keçirilməsi səlahiyyətinə mane olmağa yönəlmiş şüarlardan istifadə olunmamalıdır: «Əks təqdirdə, yarana biləcək arzuolunmaz mənfi nəticələrə görə məsuliyyət mitinq təşkilatçılarının və iştirakçılarının üzərinə düşəcək».



AXCP sədrinin müavini Həsən Kərimov Bakı Şəhər İcra Hakimiyyətinin cavabını onların yürüş-mitinqinə növbəti dəfə icazə verilməməsi kimi qiymətləndirir. Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə bu fikirdədir ki, istər hakimiyətin kütləvi aksiyalara münasibəti, istərsə də Konstitusiya Məhkəməsinin seçkinin nəticələrilə bağlı qərarı hakimiyyətin demokratiyanın imitasiyasından da imtina etdiyini göstərir.



Bu arada müxalifətin 26 noyabr aksiyasında itkin düşdüyü bildirilən beş nəfərdən ikisinin yeri məlum olub. Vəkil Osman Kazımovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Əfraz Ağayev və Məzahir Mehdiyevə inzibati cəza verildiyi müəyyənləşdirilib. Cənab Kazımov deyir ki, qalan üç nəfər - AXCP üzvü Alim Kərimov, Müsavat Partiyasının fəalı İbrahim İbrahimov və bitərəf Bafə Abbasov barədə heç bir məlumat yoxdur.



Bakı Şəhər Baş Polis İdarəsindən «Turan» İnformasiya Agentliyinə verilən məlumata görəsə, həmin şəxslərlə bağlı onlarda məlumat yoxdur. İdarə bildirir ki, hazırda inzibati qaydada saxlanan 12 nəfər Qaraşəhər, 1 nəfər Nərimanov, 5 nəfər Nəsimi, 5 nəfərsə Binəqədi Polis idarələrinin saxlama təcridxanasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG