Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:43

Rusiyada vətəndaşlıq almaq asanlaşa bilər


Səs: Real audio
31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlığına dair federal qanunun 14-cü maddəsinə dəyişikliklərlə bağlı Dövlət Dumasına layihə təqdim edib. Layih Rusiya ərazisində uzun müddət qanuni əsaslarla yaşamış keçmiş SSRİ-də yaşayan insanlar üçün vətəndaşlıq almağı asanlaşdırır.



Moskvada çıxan “Millətin səsi” qəzetinin baş redaktoru Aqil Alışova görəsə, hazırda Rusiyada yaşayan azərbaycanlıları düşündürən əsas məsələ onların gələn ildən bu ölkəyə gediş-gəlişinin asanlaşıb-asanlaşmamasıdır: «Çünki azərbaycanlılar Rusiyada üç aydan artıq qala bilmirlər, hər üç ayda bir ölkədən çıxıb geri qayıtmalıdırlar, onların sənədlərinə gömrüyün möhürü vurulmalıdır».



Aqil Alışov deyir ki, Rusiyada xüsusi qeydiyyat şöbəsinin yaradılması nəzərdə tutulur və bundan sonra azərbaycanlılara bu ölkədə qalıb işləməyə xüsusi icazə sənədi veriləcək.



Rusiyada yaşayan azərbaycanlılar əsasən bizneslə məşğuldurlar.



Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasına göndərdiyi qanun layihəsi həmçinin Rusiya vətəndaşları üçün 2008- cil ildən 12 aylıq hərbi xidmətə keçməyi nəzərdə tutur.
XS
SM
MD
LG