Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59

Bakıda İnformasiya Texnologiyaları Universiteti açılacaq


Səs: Real audio
31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi İsveçin Göteburq Universiteti Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılmasına dair təkliflərin hazırlanması üçün qrant ayırıb.



Rabitə və informasıya texnologiyaları naziri Əli Abbasov deyir ki, hazırlanacaq təkliflər hökumət tərəfindən qəbul olunarsa, 2008-ci ildən belə bir universitet artıq Azərbaycanda da fəaliyyət göstərə bilər:



"Göteburq Universiteti təkliflərin hazırlanması üçün təxminən 300-400 min avro qrant ayırıb. Biz belə hesab edirik ki, əgər işlər yaxşı getsə və bizim hazırladığımız təklif Azərbaycan hökuməti tərəfindən qəbul olunsa, belə bir universitet 2008-ci ildən fəaliyyətə başlaya bilər".



Əli Abbasovun sözlərinə görə, İnformasiya Texnologiyaları Universitetinin yaradılması bu sahədə yüksək peşəkarlara olan ehtiyac və elmlə sənaye arasında əlaqə yaratmaq zərurətindən irəli gəlir.



Nazir bildirir ki, artıq təsisçi kimi "Ericson" və "Azercell" şirkətlərindən təkliflər alıblar. Təhsil naziri Misir Mərdanov isə sözü gedən universitetin ayrıca bir müəssisə kimi yaradılmasının vacib olduğunu deyir:



"Belə bir müəssisə yeni bir müəssisə olmalıdır. Hər hansı bir universitetdə bir fakültə və ya bir bölmə yaratmaqdansa, yeni bir müəssisə və bu sahəni bilən cavan adamlardan ibarət bir qrup yaratsaq daha yaxşı olar".
XS
SM
MD
LG