Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39

Nəşriyyat çap borcu olan 168 qəzetə xəbərdarlıq edib


Səs: Real audio
31, 44, 69, 103, 106 və 119 saylı dairələrin nəticələri ləğv edildi «Azərbaycan» Nəşriyyatı çap borcu olan 168 qəzetə xəbərdarlıq edib. Nəşriyyatın direktor müavini Bəsti İsmayılova deyir ki, ilin sonu olduğu üçün belə xəbərdarlıq edilib. Onun sözlərinə görə, ümumilikdə bu qəzetlərin 1 milyard 990 milyon manat borcu var. Xanım İsmayılova bildirir ki, borc ödənməyəcəyi halda həmin qəzetlərin çapı dayandırılacaq.



Digər tərəfdən, o, bildirir ki, sözügedən qəzetlərin əksəriyyəti mütəmadi olaraq çap edilməyən nəşrlərdir.



Keçmiş prezident Heydər Əliyev 2002-ci ildə qəzetlərin 2001-ci il üçün çap borcunun birillik dondurulması haqda göstəriş vermişdi. Sonradan həmin borcların qaytarılması 2005-ci ilin dekabrınadək uzadılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG