Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:15

«26 noyabr»a cinayət işi


Səs: Real audio
Baş Prokurorluğun qərarı ilə 26 noyabrda "Azadlıq" blokunun təşkil etdiyi mitinqdə baş verən qarşıdurmayla bağlı ölkə prokurorluğu cinayət işi açıb. Bu haqda prokurorluq və DİN-in birgə məlumatında bildirilir Cinayət işi Cinayət Məcəlləsinin 315.2 – hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və 233-cü – ictimai asayişin pozulması maddələri ilə aparılır.



Birgə bəyanatda bildirilir ki, noyabrın 26-da "Azadlıq" blokunun keçmiş "Qələbə" kinoteatrı qarşısında keçirdiyi mitinq zamanı müxalifət nümayəndələri "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəalarını "kobud şəkildə" pozub. Qeyd olunur ki, müxalifət liderləri aksiya iştirakçılarını fasiləsiz mitinqə və vətəndaş itaətsizliyinə çağırıblar. Və xeyli adam müxtəlif dərəcəli bədən xəsarəti alıb.



Müsavat partiyasının fəallarından olan hüquqşünas İsaxan Aşurov isə deyir ki, bu cinayət işi kütləvi həbslər keçirmək və insanları qorxu altında saxlamaq cəhdidir və bu, əvvəlcədən planlaşdırılırdı.



26 noyabr mitinqində polislə mitinqçilər arasında baş verən toqquşmadan sonrakı məlumatlar müxtəlifdir. DİN 46 polisin xəsarət aldığını və 25 aksiya iştirakçısının 1-10 günlük həbs edildiyini deyir.



Aksiyanı təşkil edən «Azadlıq» bloku və Milli Birlik Hərəkatının nümayəndələri isə qarşıdurma zamanı 300-ə qədər mitinqçinin xəsarət aldığını bildirir. Həbs olunanların sayı 40 yaxın göstərilir.
XS
SM
MD
LG