Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

Diplomatik dildə «təəssüf»


Səs: Real audio
Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq 26 noyabr nümayişini polis zor gücünə dağıdanda Britaniya səfirliyi təəssüfünü bildirdi. Diplomatik dildən adi dilə tərcümə edəndə "təəssüf" nə deməkdir? Yəni bu, söz xatirinə deyilir, yoxsa narazılıq bildirilir?



Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fikrincə, beynəlxalq təşkilatların hər bir bəyanatı ciddi xarakter daşıyır. Bunun hansısa diplomatik etiket xatirinə edildiyini düşünmək düz olmazdı.



Politoloq Rasim Musabəyov isə deyir ki, əslində, diplomatik etiketin özü də boş şey deyil. Bu, hansısa hadisəyə yanaşmanın möhkəmlənmiş formasıdır. Ancaq hər bir demokratik dövlət əlbəttə ki, zorakılığı, qanun pozuntusunu pisləməlidir. Belə də edir.



Politoloqun fikrincə, Azərbaycan hakimiyyətinin həmin bəyanatlara münasibəti onu deməyə əsas verir ki, o, beynəlxalq reaksiya ilə müəyyən qədər hesablaşır. Hətta hər hansı xoşagəlməz hadisə baş verdikdən sonra bunu istəmədiyini də deyir.



Səməd Seyidov da deyir ki, Azərbaycan beynəlxalq aləmin bir üzvüdür. O, hər bir bəyanata ciddi yanaşır, onlarla hesablaşır və təhlillər aparır. Bunu parlament seçkiləri ərəfəsində baş verənlər də təsdiqləyir.



Cənab Seyidovun sözlərinə görə, bəyanatların verilməsi və onların təhlili beynəlxalq münasibətlərin tərkib hissəsidir. Beynəlxalq münasibətlər isə yalnız bir–birini tərifləmək yox, eyni zamanda problemlər haqqında danışmaq, bəyanatlar vermək, dialoq və fikir mübadiləsidir.



Politoloq Rasim Musabəyov deyir ki, əgər hər hansı dövlətə qarşı təcridetmə siyasəti tətbiq olunursa, əslində, bu, həmin ölkədə demokratiyanın yox, totalitarizm və diktaturanın daha da sərtləşməsinə gətirib çıxarır. Ona görə də Azərbaycan iqtidarına qarşı sərt sanksiyaların tətbiqinin ölkə daxilində müsbət dəyişikliyə səbəb olacağını düşünənlər yanılırlar.



Azərbaycanın Özbəkistanın və Belarusun vəziyyətinə düşməsi Qərbə sərf etmir. Ona görə də indiki qeyri-müəyyənlik davam edir. Azərbaycanlılar çalışmalıdır ki, ardıcıl, addım–addım demokratik inkişafı genişləndirsin. Rasim Musabəyovun fikrincə, Qərbin məsələyə yanaşması təxminən belədir.
XS
SM
MD
LG