Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

Dövlət İncəsənət Muzeyinin başı yenə qalmaqaldadır?!<p align=`left`><br><br>


Səs: Real audio
Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq Londonun «McDougall`s» auksion saytının rus rəssam Mixayıl Larionovun bu ölkədə satışa çıxarılan «V duxane» (gürcü sözüdür, «kiçik meyxana» kimi tərcümə olunur) əsərinin 1964-cü ildən Azərbaycanın Dövlət İncəsənət Muzeyində saxlanıldığı bildirilir. İnternet saytın müəllifləri bu barədə məlumatı təsdiqləyən sənədlərin də olduğunu deyirlər. Məlumat auksion saytın sahibləri və Azərbaycanın Mədəniyyət Nazirliyi arasında mübahisə yaradıb. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət İncəsənət Muzeyində Mixayıl Larionovun 1910-cu ildə çəkdiyi mənzərə əsəri saxlanılır, amma Londonda auksiona çıxarılan və 510 min funt-sterlinq məbləğində dəyərləndirilən «V duxane» əsəri heç vaxt Azərbaycanda olmayıb.



Bunu Mədəniyyət Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov deyir. O həmçinin bildirir ki, Azərbaycan tərəfi bu məsələylə bağlı İnterpola da müraciət etməli olub.



Bu, Azərbaycanda olduğu bildirilən və sonradan başqa ölkədə satışa çıxarılan əsərlərlə bağlı yeganə qalmaqal deyil. 1993-cü ildə də Dövlət İncəsənət Muzeyindən holland, azərbaycanlı və rus rəssamların əl işi olan 300-ə yaxın rəsm əsərinin oğurlanması faktı aşkarlanmışdı. Həmin əsərlər arasında Rembrandat və Dürenin İkinci Dünya Müharibəsinə qədər Almaniyanın Bremen Muzeyində nümayiş etdirilən 12-yə yaxın əl işi də olub. Həmin əsərlər 1997-ci ilin sentyabrında ABŞ-da satışa çıxarılarkən tutulmuşdu. Bundan sonra faktla bağlı ABŞ-da cinayət işi açıldı. 2000-ci ilədək davam edən istintaq araşdırmaları nəticəsində oğurlanan əsərlərin hamısı tapıldı. 1945-ci ildə Almaniyanın Bremen Muzeyindən sovet əsgərlərinin qənimət kimi gətirdiyi Rembrandat və Dürenin 12 əsəri o vaxtkı prezident Heydər Əliyevin imzaladığı qərara əsasən Almaniyaya qaytarıldı. Mədəniyyət Nazirliyinin hadisədən sonrakı məlumatlarında qalan 288 əsərin Azərbaycana göndərildiyi bildirilirdi.
XS
SM
MD
LG