Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45
Rubrikalar

Azərbaycan voleybolçularının dünya çempionatındakı rəqibləri məlumdur


Səs: Real audio
Meriya müxalifətin 3 dekabr aksiyası ilə baglı müraciətini hələ müzakirə etməyib - Qadın voleybolçular arasında dünya çempionatının gələn il Yaponiyada keçiriləcək final mərhələsinin puşkü atılıb. Final mərhələ oyunları 2006-cı il oktyabrın 31-dən noyabrın 16-dək keçiriləcək.



Püşkatmanın nəticələrinə görə, Azərbaycan yığması «B» qrupunda Çin, Rusiya, Dominikan Respublikası, Almaniya və Meksika milliləri ilə mübarizə aparacaq. 24 komanda 4 yarımqrupda yarışacaq.



- Dekabrın 1-də Rusiyanın Nijnivartovsk şəhərində neft istehsal edən ölkələrin boksçuları arasında Dünya Kuboku uğrunda yarışların startı verilir. Yarışlarda 10 Azərbaycan boksçusu da rinqə çıxacaq. Ötən il bu turnirdə Azərbaycan yığması 4 idmançı ilə təmsil olunmuş, 2 qızıl və 1 bürünc medal qazanmışdı.



- Gimnastika üzrə Azərbaycan çempionatına yekun vurulub. Gimnastika Federasiyasından verilən məlumata görə, ölkə birinciliyində 50-dək idmançı mübarizə aparıb. Ordu klubunu təmsil edən Teymur Şahbazov bütün rəqiblərini arxada qoyaraq ölkə çempionu adını qazanıb.



Gimnastikanın "tambilinq" növü üzrə də Azərbaycan çempionatı sona çatıb. Kişilər arasında İlqar İmanlı, qadınların yarışında isə Nərminə Minequlova birinci olub.
XS
SM
MD
LG