Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:37
Rubrikalar

Xəzərdə nərə balığı üzrə kvotalar azaldıldı


Səs: Real audio
Meriya müxalifətin 3 dekabr aksiyası ilə baglı müraciətini hələ müzakirə etməyib - Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın ən iri özəl banklarından olan "Azərdəmiryolbank"ın səhmlərinin 25 faizini alır. Eyni zamanda Avropa Bankı "Azərdəmiryolbank"a 5 il müddətinə 1 milyon dollarlıq kredit verir ki, bu, da əsasən ölkədə kiçik sahibkarlığın inkişafına yönəldiləcək.



- Rusiyanın "Qazprom" şirkəti MDB ölkələrinə verilən qazın qiymətlərini elan edib. Məsələn, Ermənistan və Gürcüstan bu il hər 1000 kubmetr qaz üçün 80 dollar ödəyirdisə, gələn il bu, 120-125 dollar olacaq. Azərbaycan üçün konkret qiymətlər göstərilmir.



Dövlət Neft Şirkətinin ARDNŞ prezidenti Natiq Əliyev "AzəriPress" agentliyinə bildirib ki, hələ Azərbaycan tərəfə belə bir informasiya daxil olmayıb. Hazırda ARDNŞ-lə "Qazprom" arasında müqavilə var. "Qazprom" həmin sənədi pozsa, Azərbaycan tərəfi də bu cür hərəkət edəcək. Yəni əgər Rusiya qazının idxalı sərfəli olmasa, ondan imtina ediləcək. Ancaq əvvəlcə danışıqlar aparılacaq.



- Rusiya gələn ildən Azərbaycana verdiyi elektrik enerjisinin də qiymətini qaldırmaq niyyətindədir. Bu barədə Rusiyanın "RAO YeES" şirkətindən "Azərenerji"yə müraciət daxil olub.



- Xəzəryanı dövlətlər 2006-cı il üçün nərəcinsli balıqların ümumi ov kvotasını 23.2 faiz aşağı salıb. Bu qərar Xəzərin Su Bioresursları Komissiyasının Astanada keçirilən 24-cü iclasında qəbul olunub. 2005-ci illə müqayisədə gələn il Azərbaycanın kvotası 6.7 tondan 6.5 tona qədər, yəni 200 kiloqram azaldılıb.



- Milli Bankdan verilən məlumata görə, noyabrın 30-da 1 ABŞ dolları 4 594, 1 avro 5 412, 1 rus rublu 159 manat olub.
XS
SM
MD
LG