Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

«Sərhədsiz Reportyorlar» polisin jurnalistlərə zor işlətməsini pisləyir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilat Ramil Usubovu yerli və xarici jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır «Sərhədsiz Reportyorlar» Beynəlxalq Söz Azadlığını Müdafiə Təşkilatı noyabrın 26-da Bakıda müxalifətin mitinqini dağıdan zaman polisin ən azı 12 jurnalistə qarşı zor işlətməsini pisləyib. Qurum bildirir ki, media əməkdaşlarının müxalifətin icazəli, yaxud icazəsiz nümayişlərində döyülməsi qəbuledilməzdir. «Sərhədsiz Reportyorlar»ın Avropa bölməsinin rəhbəri Paskal Bonamur «Azadlıq» radiosuna müsahibəsində jurnalistlərin iş başında zorakılığa məruz qaldıqlarını deyir: «Təəssüf ki, biz xeyli jurnalistin döyülməsini gördük, baxmayaraq ki, onlar Mətbuat Şurasının xüsusi gödəkcəsində olublar. Həmin jurnalistlər döyülməməliydi. Onu deyə bilərəm ki, onlar xüsusilə polisin mitinq iştirakçılarını kobudluqla dağıdarkən şəklini çəkəndə hücuma məruz qalıblar».



Təşkilat Daxili İşlər naziri Ramil Usubovu yerli və xarici jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.



Seçkidən əvvəl də həmin qurum müxalifətin icazəsiz aksiyasında jurnalistlərin döyülməsiylə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdi. Paskal Bonamur həmin məktuba hələ də cavab almadıqlarını deyir.



Mətbuat Şurasının sədri Əflatun Amaşovsa bildirir ki, onlar müxalifətin son mitinqində 10 jurnalistin polis zorakılığına məruz qalması barədə DİN-ə müraciət ediblər. Bu jurnalistlər bir neçə günə həmin nazirliyiə çağırılacaq.



DİN-dən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG