Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:55

«British Council»dan gənclərə fürsət


Səs: Real audio
Prezident Aparatının şöbə müdiri «insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər» - deyir Bakalavr dərəcəsi olan gənclər təhsillərini Böyük Britaniyada da davam etdirə bilərlər. Özü də ki, pulsuz-parasız.



Bunun üçün "British Council"in həyata keçirdiyi Çivninq təqaüdünün qalibi olmaq lazımdır. Proqram birillik magistr və 3 aydan 6 aya qədər davam edən kurslar təklif edir.



"British Council"ın təhsil üzrə koordinatoru Şəbnəm Mahmudova deyir ki, ali təhsili və öz sahəsində ən azı 3 il təcrübəsi olan hər bir Azərbaycan gənci bu proqramda iştirak edə bilər. Böyük Britaniyada təhsil müxtəlif sahələr üzrədir:



"Sahələr müxtəlifdir. Bu, beynəlxalq hüquq, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, ətraf mühitlə bağlı ola bilər. Biz əsas sahələri qeyd edirik, amma digər sahələr üzrə təhsili olanlar da müraciət edə bilərlər".



Şəbnəm Mahmudova deyir ki, imtahan 3 mərhələdən ibarətdir. Sənədlərin qəbulundan ibarət birinci mərhələ dekabrın 9-da başa çatır:



"İmtahan 3 mərhələdən ibarətdir. İlk mərhələ ərizə formasının doldurulmasıdır, orada onlar esse [inşa] yazırlar ki, niyə bu proqramda iştirak etmək istəyirlər. İkinci mərhələ müsahibədir. Üçüncü mərhələdə isə ingilis dilindən test imtahanı olacaq. Testdən minimum 6.5 bal toplamaq lazımdır".



Şəbnəm Mahmudovanın sözlərinə görə, yalnız 3 nəfər iştirakçının Böyük Britaniyanın universitetlərindən birində təhsil almaq imkanı var. Onların nəinki təhsil xərcləri, həm də gediş-gəliş və Britaniyada qalma xərcləri də ödəniləcək. Bundan başqa, tələbələrə xüsusi təqaüdlər də veriləcək. Bütün bu imkanları əldə edəcək qaliblər apreldə elan olunacaq.
XS
SM
MD
LG