Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Stop QİÇS!


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər SPİD-ə yoluxanların sayı Azərbaycanda ildən-ilə artır



Gələn il – 2006-cı ildə QİÇS-ə [SPİD-ə] yoluxan və xəstəliyin ikincili mərhələsini keçirən 80 nəfəri xüsusi dərmanlarla müalicə etmək mümkün olacaq. Ölkədə isə belə xəstələrin sayı 100 nəfərdir.



QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Qalib Əliyev belə deyir:



"2006-cı ildən bizim dərmanımız olacaq. 80 nəfərə çata biləcək. Ancaq ikincili xəstəlik mərhələsinə keçən insanları bu dərmanlarla müalicə etmək olar. Onların da sayı 100 nəfərdir. Onların da içərisində elələri var ki, qaraciyərləri xəstədir, onlara bu dərmanları vermək olmaz. Bu dərmanlar xəstənin ömrünü xeyli uzadır".



Qalib Əliyevin sözlərinə görə, SPİD-ə yoluxan xəstələrin sayı Azərbaycanda ildən-ilə artır. 1987-96-cı illər ərzində müayinədən keçmiş 3 milyon insandan cəmi 7 nəfərdə bu xəstəlik aşkarlandığı halda, 1997-2005-ci illər ərzində 1 milyon 451 min nəfərin 839-da SPİD aşkarlanıb. Qalib Əliyev dövlətin bu problemə hələ də biganə yanaşdığını deyir:



"2002-ci ildə Nazirlər Kabinetinin 205 saylı sərəncamı ilə təsdiq olunmuş proqrama görə, 2002-2005-ci illər ərzində bu bəlanın qarşısının alınması üçün 30.5 milyon dollar vəsait ayrılmalı idi. Ancaq 1 qəpik belə ayrılmayıb. Bu, birbaşa SPİD probleminə arxa çevirmək deməkdir. Sizi inandırıram ki, əgər bu gün lazımi vəsait ayrılmasa, dəstək verilməsə, gələcəkdə 1000 qat artıq verilən vəsait səmərəsiz qalacaq".



Qalib Əliyev gənclərin məlumatlandırılması və onların SPİD-ə yoluxmasının qarşısını almaq məqsədilə xüsusi elektron səhifənin hazırlandığını da deyir. www.aids.az saytında yerləşdirilən testlər vasitəsilə gənclər həm də bu xəstəliyin risk qrupuna aid olub-olmadıqlarını müəyyənləşdirə bilərlər.
XS
SM
MD
LG