Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

Əslən Ermənistandan olanlar əvvəlki imtiyazlarının bərpasını tələb edirlər


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər «Ermənistandan deportasiya olunmuş azərbaycanlıların 2000-ci ildə ləğv olunmuş qaçqınlıq imtiyazları bərpa olunmalıdır». Bu, özünü «Qərbi Azərbaycana Qayıdış Birliyi» (QAQB) adlandıran qurumun İdarə Heyətinin noyabrın 29-da yaydığı bəyanatdandır.Sənəddə həmçinin bildirilir ki, 1991-2005-ci illərin bazar iqtisadiyyatına keçid dövrü olmasını nəzərə alaraq, iqtisadi sahələrdə yol verilmiş bütün xətalar, rüşvət, korrupsiya, dövlət çevrilişinə cəhd kimi əməllər ümumi əfv fərmanı əsasında bağışlanmalıdır: «Yalnız bundan sonra 2006-cı ildən etibarən baş verə biləcək belə hallara qarşı barışmaz mübarizə aparmaq lazımdır».



Qurumun daha bir tələbi budur ki, ermənilərlə əlaqəsi olan bütün məmurlar vəzifələrindən uzaqlaşdırılmalı və məsuliyyətə cəlb olunmalıdır.



Bəyanatda həmçinin prezident İlham Əliyevin seçki saxtakarlığına yol vermiş vəzifəli şəxsləri cəzalandırmasına dəstək və bu tədbirlərin ölkədaxili sabitliyi bərqərar edəcəyinə inam da ifadə olunur.



QAQB keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra mətbuat konfransı keçirib, onu müdafiə etmiş, on minlərlə əslən Ermənistandan olan şəxsin müxalifətin etiraz aksiyalarına qatılacağını bildirmişdi.
XS
SM
MD
LG