Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:47
Rubrikalar

«Saxta dialoq»


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər Son "Seçki Qatarı"nda:



- Bu seçkilərin ən önəmli hadisələrinin xronikasıyla tanış olacaq;



- Seçkidən sonrakı iqtidar-müxalifət dialoqunun gərəkliliyini araşdıracaq;



- və Azərbaycan seçicisinin seçkiylə bağlı fikir və proqnozlarını eşidəcəksiz.



«SAXTA DİALOQ»



"Neçə ildir ki. dialoqlar imitasiya xarakteri daşıyır, ortada dialoq oyunları gedir, cəmiyyət bu dialoqlardan nə qazanıb ki, nə də itirə. Ortada əslində, ciddi dialoq yoxdur. Azərbaycan praktikasında dialoq mədəniyyəti yoxdur".



Siyasi ekspert Zəfər Quliyev hesab edir ki, seçkinin nəticələrinin iqtidar-müxalifət dialoqunda müzakirə olunması artıq aktual deyil. Onun fikrincə, seçki prosesi yekunlaşmaq üzrədir və nəticələr demək olar ki, bəllidir.



Zəfər Quliyev deyir ki, indi iqtidarla müxalifət qüvvələri qeyri-bərabərdir. Seçkinin nəticələri müzakirəyə çıxarılsa, hakim partiya hər vəchlə çalışacaq ki, nəticələri müxalifətə qəbul etdirsin.



Müxalifətsə seçkinin nəticələrinin hələ də iqtidarla bir masa arxasında müzakirə edəcəyinə ümidini itirməyib.



Müsavat partiyasının başqan müavini Arif Hacılı hesab edir ki, parlament seçkilərinin nəticələri müzakirəyə çıxarılmasa, siyasi proseslər daha kəskin xarakter alacaq və cəmiyyətdə gərginlik yaranacaq.



Həm müxalifət, həm iqtidar, həm də müşahidəçilər Azərbaycanda indiyə qədər ciddi dialoqun olmadığını deyirlər. Müxalifətə görə, o dialoqu ciddi hesab etmək olar ki, orada hakim Yeni Azərbaycan partiyasının sədri İlham Əliyev özü iştirak etsin. Hətta son kütləvi aksiyaların birində Müsavat başqanı İsa Qəmbər prezidenti bir masa arxasında söhbətə dəvət etmişdi.



Müsavat başqanın müavini Arif Hacılı da deyir ki, söhbət seçkilərin nəticələrindən gedirsə, dialoqda heç olmasa, siyasi proseslərə təsir edə bilən tərəflər olmalıdır.



YAP rəsmiləri isə açıqlamalarında səsvermənin nəticələrini müzakirə etməyə hazır olduqlarını bildirirlər. Amma dövlət başçısının dialoqda iştirakını mümkünsüz sayırlar.



YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bunu prezidentin məşğul olması ilə əlaqələndirir: "Kiminlə otursun, İsa Qəmbərlə? Prezidentin vaxtı yoxdur".



Demokratik institutlar da vaxtaşırı dialoqun vacibliyi ilə bağlı bəyanatlar versə də, son qərarı tərəflərin öz öhdəsinə buraxırlar. Məsələn, ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi seçkidən sonra iqtidarla müxalifət arasında dialoqun bərpa olunmasını vacib sayır. Amma ATƏT hesab edir ki, görüşün mövzusunu tərəflər özləri müəyyənləşdirməlidir: «Biz dialoqun yenidən başlamasından çox məmnun olardıq. Ancaq bu, hökumət və müxalifətdən asılı olan məsələdir».



İqtidar və müxalifət arasında dialoq təklifi ilk dəfə ATƏT çıxış edib. May ayında hakim partiya dialoq təşəbbüsünü öz əlinə aldı və YAP-ın qərargahında ilk belə görüş baş tutdu. Növbəti görüş Xalq Cəbhəsi partiyasında oldu. Müsavatın qərargahında keçirilməsi nəzərdə tutulan görüşə isə hakim partiya gəlmədi. Ümumiyyətlə, müxalifətlə iqtidar arasında indiyədək keçirilən bütün görüşlər nəticəsiz başa çatıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG