Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

«McDermott»da tətil dayandırıldı<p align=`left`><br><br>


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər Noyabrın 29-da Amerikanın «McDermott» Şirkətinin yüzlərlə fəhləsinin səhərdən başladığı tətil günün sonunda tələblərin yerinə yetirilməsiylə başa çatdı. «bp-Azərbaycan» Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tamam Bayatlının verdiyi məlumata görə, bu qərar Beynəlxalq Əməliyyat, «McDermott» və Dövlət Neft şirkətləri nümayəndələrinin görüşündən sonra verilib.



Aksiyaçılar əməkhaqlarının 20 faiz artırılmasını, tibbi sığorta ilə təmin olunmalarını, yerli və əcnəbi əməkdaşlarla münasibətdə ikili standartaların aradan qaldırılmasını tələb edirdilər. Tətilçilərdən Əkbər Seyidovun verdiyi məlumata görə, gecə növbəsinin işçiləri artıq işə başlayıblar.



Gün ərzində Beynəlxalq Əməliyyat Şirkəti öz kontraktçısı «McDermott» Şirkəti adından tətillə bağlı məlumat yaymışdı. Həmin məlumatda məsələ ilə bağlı Dövlət Neft Şirkəti ilə məsləhətləşmələr aparıldığı, danışıqların nəticələrinə görə, işçilərə dekabrın 5–dən iş vaxtı bir saat uzadılmaqla əməkhaqqının 22 faiz artırılması təklif olunurdu. Aksiyaçılar isə iş vaxtı uzadılmadan maaşların 20 faiz artırılmasını tələb etmişdilər.



«McDermott»un işçiləri keçən həftə də maaşlarının artırılması tələbi ilə bir günlük tətil etmişdilər.



Noyabrın 29-da həmçinin «Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçiriblər. Əməkhaqlarının artırılmasını, iş şəraitnin yaxşılaşdırılmasını bildirən işçilər tələbləri yerinə yetirilməsə, üç gündən sonra yenidən aksiyanı davam etdirəcəklərini söyləyiblər.



«McDermott» Şirkəti 1995-ci ildən «bp-Azərbaycan»ın baş podratçısıdır. Şirkət hazırda «Mərkəzi Azəri» və «Günəşli» yataqlarında hasilat platformalarının və sualtı qurğuların tikintisi ilə məşğuldur.



«McDermott»un 3000-ə yaxın işçisi var, onlardan 75 faizi azərbaycanlıdır.
XS
SM
MD
LG