Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

<i>«Bakı-Xəbər»</i>: «Zakir Qaralovun çevrəsi seçkidə ağır zərbə aldı»


Səs: Real audio
ADP-nin sədr müavini bu ittihamları əsassız adlandırır «Azərbaycan» qəzetindəki «Demokratik seçkilər cəmiyyətdə fəallığı artırır» başlıqlı məqalədə İqrar Cəfəroğlu yazır ki, Azərbaycanın ictimai-siyasi həyatında çox önəmli hadisə olan Milli Məclisə seçkilər başa çatsa da, nəticələrlə bağlı müzakirələr hələ də davam edir. Müəllif hesab edir ki, bu müzakirələrin hansı səviyyədə getməsinə baxmayaraq, ümumilikdə seçki prosesinə ciddi iradlar yoxdur. Məqalədə bildirilir ki, parlament seçkisində insanlar əvvəlki seçkilərdən daha aktiv olublar. Müəllif bunun cəmiyyətdə bərqərar olan ictimai-siyasi sabitlik və həyatın bütün sahələrində aparılan köklü islahatlarla bağlı olduğu qənaətindədir.



«Bakı-Xəbər» qəzetindəki «Zakir Qaralovun çevrəsi seçkidə ağır zərbə aldı» başlıqlı məqalədə Tofiq yazır ki, son vaxtlar hakimiyyətdəki müxtəlif regional qruplaşmalar arasında çəkişmələrin aşkar formada üzə çıxması hiss olunur. Məqalədə bildirilir ki, sabiq Səhiyyə naziri Əli İnsanovun «vurulması»ndan sonra tibb sistemində Qərbi Azərbaycanlı kadrların müxtəlif adlarla işdən çıxarılması, bəzi hallarda isə həbs edilməsi hakimiyyət daxilində başqa bir güclü regional qruplaşmanın yarandığını göstərir.



Bu kontekstdə Baş prokuror Zakir Qaralovun çevrəsindəki gürcüstanlı kadrların da son seçki prosesindəki aqibətini izləmək maraqlıdır. Ona yaxın olduğu deyilən bir sıra tanınmış şəxslərin saxta mandat bölgüsündən kənarda qaldığı indi aşkar müzakirə olunur. Bunlardan birincisi Baş prokurorun əmisi Zahid Qaralovdur. O, YAP-ın Səbail rayon təşkilatının sədri, məhşur «91-lər»dəndir. Şair Zəlimxan Yaqub, Baş prokurorun dostu Əli Qaraxanov, Əlişir Musayev və Vahid Qurbanov da bu siyahıdadır.
XS
SM
MD
LG