Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

Zor belə vacibdimi?


Səs: Real audio
AXCP sədrinin dini məsələlər üzrə müavini Nəriman Qasımoğlunun həyat yoldaşı ağır kəllə-beyin və körpücük sümüyünın əzilməsi zədəsi alıb Şənbə günü müxalifət oturaq mitinqə keçmək istədi, polis dağıtdı. Ancaq elə dağıtdı ki, müxalifətdən 70, polisin özündənsə 17 nəfər xəstəxanaya düşdü. Polis qanun çərçivəsindən kənara çıxmadığını desə də, müxalifət polisin belə hərəkətini "qəddarlıq" adlandırır. Yerə uzanıb, tərpənməz qalmış qadını, meydanda qalmış ayaqqabıları göstərən dünya televiziyaları, məsələn, "Euronews" da polisin davranışına zorakılıq deyir



Mitinq dağıdılandan az sonra Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun birgə yaydıqları bəyanatdan belə nəticəyə gəlmək olur ki, aksiya iştirakçılarına xəbərdarlıq edilib. Zorakılığa isə polisi mitinq iştirakçıları təhrik ediblər.



Sənəddə deyilir ki, mitinq iştirakçılarının təxribat törətmək niyyəti barədə əvvəlcədən hüquq-mühafizə orqanlarında məlumat olub. Bu barədə mitinqin təşkilatçılarına xəbərdarlıq da edilib.



Həmin gün – noyabrın 26-da axşam Bakı Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də dedi ki, mitinqdən 1 gün əvvəl «Azadlıq» blokunun nümayəndələri ilə aparılan danışıqlar zamanı onlara təxribatların qarşısının alınacağı bildirilib. Baş Polis İdarəsində keçirilən bu görüşdə mitinq zamanı aqressiv şüarların səslənməyəcəyi, şəhər meriyasının verdiyi müddət başa çatandan sonra aksiyanın yekunlaşacağına dair razılıq da əldə edilib. Ancaq noyabrın 26-da müxalifət razılaşmanı pozub. Bu isə polisin müdaxiləsini qaçılmaz edib.



"Bəs niyə vətəndaşlara müraciət məqsədilə polis maşınlarının üstündəki səsgücləndiricilərdən istifadə edilmədi" sualına isə o, dedi ki, əgər istifadə edilsəydi yəqin ki, əhəmiyyət verməyəcəkdilər.



Keçmiş polis rəisi, vəkil İsaxan Aşurov isə deyir ki, əslində, mitinqin icazəli və ya icazəsiz olmasından asılı olmayaraq, polis son dərəcə dözümlülük, təmkinlik nümayiş etdirməlidir. Mitinq iştirakçıları dağılmayanda isə polis onlara meydanı tərk etmək üçün vaxt verməlidir.



İsaxan Aşurovun sözlərinə görə, polisin verdiyi vaxt uzunmüddətli və qısamüddətli vaxtlara bölünür. Uzunmüddətli vaxt təxminən 25-30 dəqiqə olmalıdır. Əgər həmin müddət ərzində adamlar dağılışmırsa, onda ikinci dəfə qısaldılmış vaxt verilir. Və ora toplaşanlara dağılışmayacaqları təqdirdə güc tətbiq olunacağı haqda xəbərdarlıq edilir.



Mitinqdə səsləndirilən şüarların aqressivliyi məsələsinə gəlincə, cənab Aşurov deyir ki, ümumiyyətlə, şüarın nədən ibarət olması barədə əvvəlcədən razılaşdırılmasının özü Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan fikir və söz azadlığına ziddir.



Yeni Aazərbaycan partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovsa deyir ki, polisin hakimiyyəti pis vəziyyətə qoyması fikri qətiyyən düz deyil. Onun sözlərinə görə, hakimiyyət hesab edir ki, noyabrın 26-da «Azadlıq» blokunun aksiyasını dağıtmaqla polis öz vəzifə borcunu yerinə yetirib. Bunu hadisə vaxtı aparılan çəkilişlər də təsdiqləyir.



Cənab Novruzovun fikrincə, başqa ölkələrdəki aksiyaların dağıdılması ilə müqayisədə Azərbaycan polisi öz işini daha humanist şəkildə yerinə yetirir. O ki qaldı Bakıdakı səfirliklərin verdiyi bəyanatlara, ölkədə qanunun tətbiq olunması işində bunlar hakimiyyət üçün o qədər də əhəmiyyət kəsb etmir.



Ümumiyyətlə, polisin fəaliyyətini tənzimləyən iki mühüm beynəlxalq prinsip var: proporsionallıq və dözümlülük.



Proporsionallıq prinsipi tələb edir ki, hər hansı aksiya zamanı ora çıxarılan polis əməkdaşlarının sayı aksiya iştirakçılarının sayından b

Günün bütün mövzuları

XS
SM
MD
LG