Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

İrana getmək sadələşdi


Səs: Real audio
AXCP sədrinin dini məsələlər üzrə müavini Nəriman Qasımoğlunun həyat yoldaşı ağır kəllə-beyin və körpücük sümüyünın əzilməsi zədəsi alıb İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında viza rejiminin sadələşdirilməsinə dair sənəd imzalanıb.



Bu barədə məlumatı Xarici İşlər Nazirliyinin şöbə rəisi Tahir Tağızadə verib. O deyir ki, saziş yalnız Naxçıvan ərazisindən keçməklə Azərbaycanın digər bölgələrinə sərnişindaşımaya şamil edilir.



Bakıda səfərdə olan İranın xarici işlər naziri Mənuçöhr Mottəki bildirdi ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə bir sıra iqtisadi məsələləri, o cümlədən, Astara-Astara dəmir yolunun çəkilməsiylə iki ölkənin dəmir yollarının birləşdirilməsi layihəsini müzakirə ediblər. O, dedi ki, bu yol Azərbaycan üçün Fars körfəzinə çıxış yaradacaq. Cənab Mottəki ABŞ-ın Azərbaycanda Xəzər dənizi sahilində iki radar stansiyası tikmək planlarıyla bağlı sualları da cavablandırdı. O, Azərbaycandan İrana təhlükə gözləmədiyini bildirdi: «İranla Azərbaycanın dostluğu heç bir ölkəyə qarşı yönəlməyib. İran və Azərbaycan heç kəsə icazə verməyəcək ki, birindən digərinə qarşı istifadə etsin».



Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov isə dedi ki, ABŞ və Azərbaycanın münasibətlərinin inkişafı heç bir üçüncü dövlətə qarşı yönəlməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG