Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

26 noyabr aksiyasında 300-dək insanın xəsarət aldığı bildirilir<p align=`left`><br><br>


Səs: Real audio
AXCP sədrinin dini məsələlər üzrə müavini Nəriman Qasımoğlunun həyat yoldaşı ağır kəllə-beyin və körpücük sümüyünın əzilməsi zədəsi alıb «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatından verilən məlumata görə, müxalifətin 26 noyabr mitinqindəki qarşıdurmada 300-ə yaxın insan xəsarət alıb. Xəsarət alanlar arasında xeyli qadın və uşağın olduğu da bildirilir. Aksiya iştirakçılarından biri olan Zemfira Əliyeva deyir ki, ara sakitləşəndən sonra yeddi yaşlı qızı Leyla Əliyevanı tapa bilməyib. Nəhayət gecə tanımadıqları ailədən onlara zəng vurulub ki, azyaşlı onların evindədir.



Xanım Əliyeva bildirir ki, indi qızı yataq vəziyyətində müalicə alır. Qarışıqlıqda insanların ayaqları altında qalan Leyla Əliyevanın ayağı sınıb, kəllə-beyin zədəsi alıb.



AXCP sədrinin dini məsələlər üzrə müavini Nəriman Qasımoğlunun həyat yoldaşı Pəri Qasımzadə də ağır kəllə-beyin və körpücük sümüyünın əzilməsi zədəsi ilə «Leyla Şıxlinskayanın Klinikası» adlanan özəl tibbi müəssisədə müalicə alır. Onun 15 yaşlı qızı Humay Qasımzadə isə yüngül zədə alıb.



26 noyabr mitinqindən sonra keçirdiyi mətbuat konfransında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyib ki, «polis qanun çərçivəsində hərəkət edib». Onun sözlərinə görə, müxalifət partiyalarına «antikonstitusion hərəkətlərə çağırışların yolverilməzliyi barədə bir neçə dəfə xəbərdarlıq edilib».



Cənab Əliyev deyib ki, mitinq iştirakçılarından altı qadını tibbi yardım almaq məqsədi ilə xəstəxanaya yerləşdiriblər. 30 nəfər nümayişçi isə saxlanılıb.



Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsindən isə 26 noyabrda mitinqdə xəsarət alanlarla bağlı məlumat verməkdən imtina etdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG