Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09

Müxalifət prezidentlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək


Səs: Real audio
Dekabrın 3-də növbəti etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatı prezident İlham Əliyevin səlahiyyətlərini necə yerinə yetirməsini araşdırmaq üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək. Hər iki qurumun noyabrın 28-də keçirilmiş birgə yığıncağında belə bir qərar qəbul olunub. «Azadlıq» blokuna daxil olan ADP sədrinin müavini Sərdar Cəlaloğlu deyir ki, onlar dinc aksiyanın təhlükəsizliyini təmin etmədiyinə görə Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) də məhkəməyə verəcəklər.



Müxalifət dekabrın 3-də növbəti etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edib. Cənab Cəlaloğlu bildirir ki, həmin gün oturaq aksiya olmayacaq. O, söyləyir ki, 26 noyabr mitinqi zamanı baş verənlərə hakimiyyət hələ siyasi qiymət verməyib, yalnız güc strukturları bəyanat verib.



Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədovsa deyir ki, əgər müxalifət qarşıdurma yaratmaq fikrində olmasa, sərbəst toplaşmaq hüququndan sivil şəkildə istifadə etsə, buna şərait yaradılacaq.

Onun sözlərinə görə, YAP müxalifətin noyabrın 26-ı aksiyasında vaxt həddini pozaraq qarşıdurma yaratmasını pisləyir. Cənab Əhmədov bildirir ki, hakim partiya siyasi mübarizənin sivil yollarla aparılmasına tərəfdardır və qarşıdurma üçün məsuliyyəti onu yaradanlar daşıyır: "Azərbaycanda siyasət meydanlarda, çadırlarda aparılmır, ölkə bu mərhələni keçib".



ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə «Azadlıq» bloku və Milli Birlik Hərəkatının birgə toplantısından sonra müxalifət liderləri arasında oturaq aksiyayla bağlı hər hansı fikir ayrılığı olması barədə deyilənləri təkzib etdi. O, deyir ki, noyabrın 26-da mitinqi oturaq şəkildə davam etdirmək qərarını meydan verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG