Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:21
Rubrikalar

Cavanşir Quliyev gedir?!


Səs: Real audio
"McDermott" şirkətinin bir bir qrup işçisi «Azadlıq» blokunun noyabrın 26–da keçirdiyi mitinqdə adlarının çəkilməsinə etiraz bildirən bəyanat yayıb Bu «İz»də:



- "Mühacirlər və mədəniyyət" mövzusunu dilə gətirəcək;



- Çilov adasından qayıdan Uşaq Teatrının burulğana düşməsindən xəbər tutacaq;



- «Mühacir» sözünün lüğəti mənasını yada salacaq;



- Həmişə olduğu kimi «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə məşhur bəstçi Cavanşir Quliyevin açıqlamalarını eşidəcəksiz.



DÖVLƏT UŞAQ TEATRI DƏNİZDƏ BURULĞANA DÜŞDÜ



Bu teatr yarandığı gündən səfərdədir. Azərbaycanın bütün bölgələrini gəzib dolaşıb. Bəs Çilov adasına getmək onların hardan ağlına gəldi?



Teatrın bədii rəhbəri İntiqam Soltan: "Həmişə biz eksperiment etməyi çox sevirik. Bu dəfə də bir eksperiment etmək istədik. Heç bir teatrın gedə bilmədiyi, getmədiyi yolla, çığırla gedib ora böyük, geniş bir yol açmaq istədik. Onu da etdik".



İkigünlük uğurlu tamaşalardan sonra gözəl ovqata köklənən aktyorlar geriyə, Bakıya tələsirdilər. Amma gəmi tufana, burulğana düşüb yolunu azır. Üstəlik, aktyorları "dəniz xəstəliyi" tutur. Elə bu səbəbdən də çoxu nə baş verdiyindən xəbərsiz olur. Elə aktyorları yerbəyer etmək istəyən İntiqam Soltan da arada huşunu itirir. Birdən İntiqam bəyin mobil telefonuna gələn zəng onu ayıldır: "Sizin zəng, "Azadlıq" radiosundan Ülkər xanımın zəngi məni ayıltdı".



Beləcə, teatrın adaya səfərindən xəbər tutan müxbirimiz özü də bilmədən aktyorların həyatını xilas edib.



HARA GEDİR CAVANŞİR QULİYEV?



Məşhur bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev də Azərbaycan mühacirlərinin sırasına qatılacaq. Bələdçimiz elə Cavanşir Quliyevin özüdür.



Aparıcı: - Maestro, yəqin, «Azadlıq»ın dinləyiciləri və sözsüz ki, Sizin bütün sənət heyranlarınız soruşacaq: Hara gedir Cavanşir Quliyev?



Cavanşir Quliyev: - Allahın və insanların unutduğu cənnət kimi bir yer, xəritədə olmayan bir dövlət, gözəl Quzey Kıbrıs Türk Cümhuriyyətinə. Artıq bir neçə ildir ki, mən ciddi bir əsər – "Oğuznamə" baleti üzərində işləyirəm. Mənim üçün bu, ağır işdir. Gərək gecə-gündüz ancaq bu işlə məşğul olasan. Azərbaycandakı ictimai mühit buna imkan vermir. Əgər insan bayıra çıxırsa, o, evinə dəli kimi dönür... Belə olan halda isə heç bir sənət ola bilməz. Çünki bədii sənət istedaddan da əvvəl ilk növbədə daxili azadlığı tələb edir. Və elə bir an gəlir ki, adam bezib harasa qaçıb başını soxmaq istəyir. Məndə təxmini belə bir şeydir... Qalıb qalmayacağım isə bilinmir... Mən Azərbaycandan kənarda bir aydan artıq olmamışam. Bilmirəm necə olacaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG