Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:23
Rubrikalar

Cənubi Qafqaz ölkələrində mədəni siyasət


Səs: Real audio
Səfirlik hökuməti araşdırmalar aparmağa və buna görə məsuliyyəti olanları cəzalandırmağa çağırır Axırıncı dəfə turistlərdən gəlir götürənlər arasında rekordu Meksika təzələyib. Keçən il tutristlər Meksikada 10 milyarddan çox pul xərcləyiblər. Halbuki, həmin il hökumət turizmə 2 milyon dollar sərmayə qoyub. Belə çıxır ki, xərclənəndən 5 min dəfə çox gəlir gəlib.



Əlbəttə, turistlərin hamısı tarixi abidələrlə tanış olmağa gəlmir. Amma Roma, Barselona, İstanbul, Praqa kimi şəhərlərə axışanlar məhz abidələri görmək istəyənlərdir.



Bakıda isə İçərişəhər itir. Bakıdakı həmkarımız Rövşən Qənbərov Mədəniyyət Nazirliyinin qoruduğu bir abidədən, vaxtilə bəylərə layiq olan hamamın indiki günündən danışır.



- Ermənistanda da mədəniyyət xadimləri hökumətin onlara fikir vermədiyindən gileylənirlər. Onların sözlərinə görə, maaşları o qədər azdır ki, deməyə də utanırlar. Təzə tamaşalar teatrın gücünə qoyulur. Hökumət isə mədəniyyətə xərclədiyindən artıq pul ayıra bilmədiyini deyir.



- Gürcüstanın Mədəniyyət Nazirliyi bildirir ki, milli azlıqlar, o cümlədən ölkədəki azərbaycanlıların, ermənilərin də mədəniyyətinin inkişafı əsas məqsədlərindəndir. Dövlət gələcəkdə Tiflisdə Azərbaycan teatrının da olmasını istəyir. Gürcüstanın mədəniyyət naziri ilə Tiflisdəki həmkarımız Nino Rodenaya söhbət edib.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG