Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:16

ABŞ və Böyük Britaniya səfirliyi mitinqçilərə qarşı zorakılığı pisləyir


Səs: Real audio
Səfirlik hökuməti araşdırmalar aparmağa və buna görə məsuliyyəti olanları cəzalandırmağa çağırır ABŞ-ın Azərbaycandakı səfirliyi "Azadlıq" bloku tərəfdarlarına qarşı noyabrın 26-da baş vermiş zorakılığı pisləyir.



Səfirliyin mətbuata açıqlamasında belə deyilir.



Açıqlamada sərbəst toplaşmaq hüququndan dinc şəkildə istifadə edən vətəndaşlara qarşı əsassız qüvvə işlədilməsi pislənilir. Səfirlik hökuməti araşdırmalar aparmağa və buna görə məsuliyyəti olanları cəzalandırmağa çağırır.



Açıqlamanın sonunda Azərbaycan vatəndaşları təmkinli olmağa çağırılır.



Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou da hökumət qüvvələrinin müxalifətin bu günkü aksiyasını dağıtdığına görə dərin təəssüf hissi keçirdiyini bildirib. "Biz bütün tərəfləri maksimum şəkildə təmkinli olmağa çağırırıq" - deyə, cənab Bristou "Turan" İnformasiya Agentliyinə söyləyib.



Lori Bristou: "Müxalifət sərbəst toplaşmaq azadlığını qanun çərçivəsində həyata keçirməli, hakimiyyət isə bu azadlığın təhülkəsizlik şəraitində reallaşdırılmasına şərait yaratmalıdır".
XS
SM
MD
LG