Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

Cari ildə narkotiklərlə bağlı 2067 cinayət faktı qeydə alınıb


Səs: Real audio
Mitinqdə çoxlu sayda adam xəsarət aldı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından «AzərTAc»a daxil olmuş məlumatda bildirilir ki, 2005-ci ilin on ayı ərzində ölkə ərazisində narkotiklərlə bağlı 2067 cinayət faktı qeydə alınıb. Onlardan 683-ü satışla bağlıdır.



Həmin dövrdə ayrı-ayrı şəxslərdən 320 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 26 kiloqram 143 qram heroin, 38 kiloqram 653 qram tiryək, 28 kiloqram 281 qram həşiş, 218 kiloqram 226 qram marixuana, 11 min 73 həb və 10 ampula psixotrop dərman preparatları, 8 kiloqram 822 qram sirkə anhidridi götürülüb.



Cari ilin on ayında bu növ cinayətlər törətdiklərinə görə 2067 şəxs, o cümlədən, 74 nəfər xarici vətəndaş yaxalanıb və məsuliyyətə cəlb olunub.



Göstərilən müddətdə qanunsuz əkilib becərilmiş 512 tondan artıq narkotik xassəli bitkilər aşkar olunaraq məhv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG