Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:14

<i>“Gün Səhər”</i>: “Cocuqların günahı nə?..”


Səs: Real audio
Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Daimi Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməyin tərəfdarı olduğunu bildirib “Gün Səhər” qəzetindəki “Cocuqların günahı nə?..” başlıqlı yazıda müəlliflər Səbinə Əvəzqızı və Samir Zeynallı uşaq qidaları bazarındakı sərt rəqabət, satış şəbəkəsindəki antisanitariya hallarıdan söz açırlar. “Süni yeməkdən zəhərlənib...” kimi ifadələrin həkimlərin dilindən tez-tez eşidildiyini yazan müəlliflər bu günlərdə narahatlıq doğuran daha bir xəbərin noyabrın 22-də əksər Avropa ölkələrində İsveçrənin “Nestle” Şirkətinin məhsullarının satışının dayandırılması ilə bağlı olduğunu qeyd edirlər.



Yazıda deyilir ki, məsələ Avropa Birliyi səviyyəsində müzakirə edildi və mötəbər qurum yaranmış vəziyyətdən narahatlığını dilə gətirdi. Birliyə daxil olan Fransa, Portuqaliya və digər ölkələrdə artıq firmanın süd məhsullarının satışına qadağa qoyulub. İtaliyada isə “Nestle”nin bütün növ məhsullarının satışı dayandırılıb.



Firmanın məhsulları Azərbaycanda da satıldığından qəzetin əməkdaşları yayılan məlumatların hansı reaksiya doğurduğunu öyrənməyə çalışıblar. Köhnə Sovetski küçəsində yerləşən qarışıq mallar mağazasında suallarının təəccüb dolu nəzərlərlə qarşılandığını yazan müəlliflər qeyd edirlər ki, mağazada bu firmanın məhsullarını hər gün qəbul etdiklərini bildiriblər. Dərnəgül şossesindəki qarışıq mallar mağazasının müdiri isə narahatlığa əsas olmadığını deyib.



“Azadlıq” qəzetindəki “Mìllət öz taleyì haqqínda qərarí özü verməlìdìr” sərlövhəli yazıda müəllif Bahəddin Həziyev hesab edir ki, Azərbaycan da Gürcüstan və Ukrayna kìmì demokratìk seçìm etsəydì, o zaman dünyanín böyük dövlətlərì, beynəlxalq təşkìlatlar ölkəyə daha çox malìyyə və sìyasì yardím edəcəkdì. «Seçkìnìn saxtalaşdírílmasí təkcə müxalìfətìn zorla uduzdurulmasí deyìl. Bu, tək müxalìfətìn, on cəbhəçìnìn, beş müsavatçínín ìşì deyìl, xalqín, onun torpaqlarínín taleyìdìr» -deyə, cənab Həziyev vurğulayır.



“Yeni Azərbaycan” qəzetindəki “Ermənistan prezidenti məsuliyyətsiz bəyanatlarla çıxış edir” başlıqlı yazıda müəllif Aqşin Robert Köçəryanın rəsmi Yerevanın gələcəkdə Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını istisna etməməsi barədə fikirlərinə toxunur. Müəllifin yazdığına görə, Xarici İşlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Tahir Tağızadə R.Köçəryanın bəyanatlarını şərh edərkən bildirib ki, onun bu çıxışı təxribat xarakteri daşıyır və danışıqlar prosesinə müsbət təsir göstərmir.



Müəllif yazıda Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun da fikirlərinə yer ayırır. Ermənistan prezidentinin həmin bəyanatını heç bir diplomatik əhəmiyyətə malik olmayan fikir hesab edən mərkəz rəhbəri bildirir ki, bu, sadəcə, Yerevanın uğursuzluğunu sığortalamaq istəyindən irəli gəlir.
XS
SM
MD
LG