Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

İndi müxalifət neyləyəcək?


Səs: Real audio
Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Daimi Komitəsi Azərbaycanla əməkdaşlığı davam etdirməyin tərəfdarı olduğunu bildirib ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Hastinqs elan edəndə ki, bir sıra beynəlxalq öhdəliklər baxımından Azərbaycanda seçkilər standartlara cavab verməyib, zaldakı müxalifət mətbuatı bunu alqışlarla qarşıladı. Belə reaksiya hətta deyəsən, Hastinqs üçün də gözlənilməz oldu.



Öz yaşadığın ölkədə seçkiyə verilən mənfi qiymətə sevinmək düzgündür, ya səhv? Bu, bizim bugünkü söhbətiin mövzusu deyil. Əsas odur ki, ATƏT-in bu qiyməti müxalifətin əlinə güclü kart verdi.



İkinci kart o oldu ki, Azərbaycanda sözü keçən 2-3 ölkədən biri olan Amerikanın "PA Consultinq" şirkətinin Bakıda keçirdiyi 14 "ekzit pol"un 11-də müxalifət uddu.



Üçüncü kart odur ki, səssaymadakı pozuntuların miqyasını ATƏT 43 faiz qiymətləndirir və müxalifətin dediyinə görə, pozuntuları sübut edən sənədlər – maddi sübutlar var.



İndi sual odur ki, əlində bu qədər kart olan müxalifət oynayıb nəyəsə nail ola biləcəkmi? Müxalifət indi neyləyəcək?



Hakimiyyət deyir ki, "müxalifət neyləyəcək" sualındansa, "müxalifət neyləməlidir" sualı daha aktualdır.



Söhbətimizin qonaqları:



- Hakim Yeni Azərbaycan partiyasından deputat seçilən Aydın Mirzəzadə;



- "Azadlıq" blokundan deputat seçilən Pənah Hüseyn.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG