Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

SDİ 9 dairədə seçkinin nəticələrinin ləğvinə çağırır


Səs: Real audio
BŞİH-in İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanov: «Bu, onların hüququdur» Sülh və Demokratiya İnstitutu Avropa Şurasının maliyyə dəstəyi və 256 müşahidəçinin iştirakı ilə Suraxanı, Sabunçu, Əzizbəyov və Abşeron rayonlarında yerləşən doqquz dairədə parlament seçkisinin monitorinqini aparıb.



İnstitutun noyabrın 25-də açıqladığı hesabatda deyilir ki, monitorinq aparılan dairələrdə seçki azad, şəffaf və demokratik keçirilməyib. Səsvermə günü baş vermiş çoxsaylı qanun pozuntuları belə hesab etməyə əsas verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) həmin doqquz dairə üzrə elan etdiyi nəticələrə inanmaq olmaz.



Sənəddə həmçinin rayon icra başçılarının, bələdiyyə nümayəndələrinin, eləcə də polisin səsvermə zamanı kütləvi pozuntularda fəal iştirakı, Dairə və Məntəqə Seçki komissiyaları sədrləri və üzvlərinin qanunu pozduğu da bildirilir.



Sülh və Demokratiya İnstitutu MSK-nı sözügedən dairələrdə nəticələri ləğv etməyə və yeni seçki keçirməyə çağırır. Dövlət başçısına isə tövsiyə edilir ki, seçki komissiyalarının tərkibi dəyişdirilsin, hakim partiyanın və icra hakimiyyətinin nəzarətindən çıxarılsın.



Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə tövsiyə olunur ki, saxtalaşdırmada əli olan Dairə və Məntəqə Seçki komissiyalarının sədrləri cinayət məsuliyyətinə cəlb edilsin, polisin seçki prosesinə müdaxiləsi faktları araşdırılsın.



İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyilənlərin heç bir əsası olmadığını və hesabatın qərəzli hazırlandığını bildirir. O, ayrı-ayrı məntəqə və dairələrdə saxtakralıq hallarının baş verdiyini, amma bununla bağlı həm MSK-nın, həm də hüquq-mühafizə orqanlarının lazımi addımlar atdığını deyir.
XS
SM
MD
LG