Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

İnquşetiyada Azərbaycan vətəndaşı öldürülüb


Səs: Real audio
Nuşirəvan Məhərrəmli: «Reklam qaydalarını pozan televiziyalara bir daha xəbərdarlıq edilməyəcək» Rusiya Federasiyası İnquşetiya Respublikasının Nazran şəhərində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşı Pərviz Məmmədov qətlə yetirilib. İnquşetiya Daxili İşlər Nazirliyinin növbətçi hissəsindən «Azadlıq» radiosuna verilən məlumatda belə deyilir.



Məlumatda bildirilir ki, noyabrın 24-də axşam saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Daxili Qoşunların əsgərlərindən ibarət xüsusi təyinatlı qrup Pərviz Məmmədovu həbs etmək istəyib. Qanunsuz silahlı dəstənin üzvü hesab edilən bu şəxs müqavimət göstərib. Nəticədə atışma zamanı o öldürülüb.



Pərviz Məmmədovun üzərindən «Makar» tapançası və əl qumbaraları götürülüb. Məlumatda o da bildirilir ki, cənab Məmmədov qanunsuz silahlı qruplaşmanın üzvü olub və respublikada törədilən bir sıra terror aktlarında iştirak edib. Dəstənin digər üzvləri də axtarılır.
XS
SM
MD
LG