Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

<i>«525-ci qəzet»</i>: «Azərbaycanın AB-nin «Yeni Qonşuluq» Proqramında iştirakı ətrafında yaranmış problem hələ də öz həllini tapmayıb»


Səs: Real audio
«Əgər xarici investorlar regiona bələd olsalar, Gəncənin iqtisadi potensialı onlar üçün Şərq qapısına çevrilə bilər» «Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan demokratik dəyərlərə sadiq olduğunu sübut etdi» başlıqlı məqalədə Nardar Bayramlı yazır ki, parlament seçkisinin nəticələri hələ də müzakirə mövzusu olaraq qalır. Bəzi nöqsanlar və qanun pozuntuları qeydə alınsa da, bütövlükdə bu seçki Azərbaycanın demokratik dəyərlərə sadiq qaldığını və mövqeyinin dəyişməz olduğunu göstərdi. Məqalədə bildirilir ki, seçkini müşahidə edən beynəlxalq müşahidəçilərin mövqeyində bir-birinə zidd məqamlar olsa da, ümumi mövqe müsbətdir. Eyni zamanda seçki prosesində Azərbaycan hakimiyyətinin atdığı müsbət addımlar da xüsusi yer tutur.



«Azərbaycanla yunan Kiprinin «Yeni Qonşuluğu» başlıqlı məqalə ilə «525-ci qəzet»də tanış olmaq mümkündür. Yazının müəllifi Vüqar Orxan yazır ki, Bakıya səfərə gələn yunan Kiprinin Avropa Komissiyasındakı nümayəndələri iki ölkə arasında münasibətlərin nizama salınması ilə bağlı danışıqlar aparacaqlar. Məqalədə bildirilir ki, Azərbaycanın Avropa Birliyinin (AB) «Yeni Qonşuluq» Proqramında iştirakı ətrafında yaranmış problem hələ də öz həllini tapmayıb. Məsələ bu günlərdə Bakıda səfərdə olan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvityenin ölkə rəhbərliyi ilə danışıqlarında da bir daha nəzərdən keçirilib.



Müəllif yazır ki, probemin aradan qalxması üçün ilk növbədə Azərbaycanla Kipr Respublikası arasında qarşılıqlı anlaşmanın əldə olunması zəruridir. Çünki rəsmi Bakının adıgedən proqramda iştirakına əngəl yaratmaq istəyən tərəf məhz yunan Kipridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG