Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

«MakDonalds» Gəncədə restoran açır<p align=`left`><br><br>


Səs: Real audio
«Əgər xarici investorlar regiona bələd olsalar, Gəncənin iqtisadi potensialı onlar üçün Şərq qapısına çevrilə bilər» Bu sözləri Amerika Ticarət Palatasının prezidenti Stenli Eskudero Gəncədə keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatda təmsil olunan şirkətlər Azərbaycanın bölgələrində qeyri-neft sektoruna investisiya qoymaq niyyətindədirlər.



«Bizim üçün hansı sahə sualı yoxdur, əsas məsələ investisiya qoyulacaq sektorda riskin azlığı və mənfəət əldə etmək imkanlarının mövcudluğur» deyən Stenli Eskudero bu məqsədlə Gəncənin iş mühitini araşdırdıqlarını söylədi.



Gəncə sahibkarlarıyla görüşündə ona bir neçə təklif verildiyini deyən cənab Eskudero əldə etdiyi məlumatları həm xarici iş adamları, həm də ABŞ-ın Azərbaycandakı səfirliyinin diqqətinə çatdıracağını söylədi.



Hələliksə, Amerika Ticarət Palatasının üzvü – "MakDonalds" restoranlar şəbəkəsi Gəncədə də öz obyektini açmaq istəyir və şəhər rəhbərliyi ilə danışıqlar aparır.



Stenli Eskuderonun sözlərinə görə, Gəncədən başqa digər bölgələrə də sərmayə yatırmaq imkanları araşdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG