Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:57

Göyçay və Lənkəranda etiraz mitinqləri keçirilib


Səs: Real audio
Biləsuvarda isə aksiyaçıların səhhəti ağırlaşıb Noyabrın 24-ü Göyçay rayonunda bir qrup insan seçki saxtakarlıqlarına etiraz olaraq icazəli mitinq keçirib. Aksiya iştirakçıları 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələrində nəticələrin ləğv edilməsini tələb ediblər. Deputatlığa namizədlərdən Rövşən Əhmədov deyib ki, mitinqin əsas məqsədi azad və ədalətli seçkilərə nail olmaqdır.



Aksiyada həmçinin qeyd edilib ki, seçki günü məhz icra strukturlarının çoxsaylı müdaxilələri üzündən seçicilərə azad şəkildə iradələrini ifadə etməyə imkan verilməyib.



Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə, müdaxilələrlə bağlı deyilənləri təkzib edir. Deyir ki, bu dairələrdə 30-a yaxın namizəd deputat mandatı uğrunda mübarizə apardığından məğlub olanların narazılığını başa düşmək lazımdır.



Noyabrın 24-də həmçinin Lənkəranda da eyni tələblərlə mitinq keçirilib. Rayondakı Olimpiya İdman Kompleksinin qarşısına toplaşan bir qrup insan 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran –Massallı və 76 saylı Lənkəran-Astara dairələrində seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Dövlət başçısına müraciət edən deputatlığa namizəd İntiqam Mirzəyev prezidenti aksiya iştirakçılarının tələblərini həyata keçirməyə çağırıb.



Lənkəran Rayon İcra Hakimiyyətinin Şöbə müdiri Əlmərdan Əliyev isə, deyir ki, seçkinin nəticələrinin ləğv edilməsiylə bağlı tələblərə rayonun bütün əhalisinin yox, sadəcə, bir qrup insanın istəyi kimi baxmaq lazımdır. Onun sözlərinə görə, Lənkəran əhalisi seçki günü öz iradəsini nümayiş etdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG