Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

Müxalifətin növbəti yürüş-mitinqi noyabrın 26-da olacaq


Səs: Real audio
Biləsuvarda isə aksiyaçıların səhhəti ağırlaşıb Birləşmiş müxalifət növbəti yürüş-mitinqini noyabrın 26-da keçirəcək. Etiraz aksiyasının noyabrın 27-də keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilsə də, meriya tədbirin bir gün əvvələ baş tutmasına razılıq verib. BŞİH-in cavab məktubunda müxalifətə təklif olunur ki, şənbə günü saat 15:00-dan 17:00-a kimi metronun «20 Yanvar» stansiyasından Dövlət Film Fondunun qarşısınadək yürüş-mitinq keçirsin.



Meriyadan Zaur Ramazanov mitinqin vaxtının dəyişdirilməsini noyabrın 27-nin istirahət günü olması ilə əlaqələndirir.



AXCP sədrinin müavini Həsən Kərimovsa bildirir ki, məktubda aksiyanın vaxtının dəyişdirilməsi üçün heç bir səbəb göstərilmir, ancaq müxalifət icazə verilən gün, yəni noyabrın 26-da mitinq keçirmək qərarına gəlib.



6 noyabr parlament seçkisindən sonra baş verən qanun pozuntularına etiraz edən birləşmiş müxalifət üç icazəli etiraz yürüş-mitinqi keçirib. Həmin aksiyalarda «Azadlıq» və «Yeni Siyasət» seçki blokları, Milli Birlik Hərəkatı, həmçinin deputatlığa keçmiş müstəqil namizədlər iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG